Page 164 - Islamic Studies 07
P. 164
İmam Əlinin müdiriyyəti / 163
başçısının xəzinəsidir, oraya zülm və ədalətə aid hər nə qoyarsa, onu
da götürər”.
Əlinin məzhəbində hakimiyyət təəssübkeşliyə əsaslanmır.
“Gözəl xüsusiyyətlərin, xeyirli və üstün keyfiyyətlərin
mənimsənilməsi, zülm və despotizmdən uzaq durmaq,
cinayətkarlığın qarşısının alınması” üçün olan təəssübkeşlik istisna
olmaqla heç bir təəssübkeşlik məqbul sayılmamışdır.
Əlinin nəzərində bu tip insanlar dövlət başçısı olmamalıdırlar:
“Əgər sizə rəhbərlik etsələr, sizinlə sultan və imperatorlar kimi
davranacaqlar”, “hiyləgər, yalançı, məkrli, kələkbaz”, “zalım və
despot”, “rüşvətxor”, “yeməyi tox olanlara verən şəxslər”.
Əli haqqı bərpa və nahaqqı ortadan qaldırmaqla bağlı qəti
qərara gələnə qədər xəlifəliyi bu cəhətlərə görə qəbul etmədi. Əks-
təqdirdə, həyatla vidalaşmaq İmamın nəzərində həyatı davam
etdirməkdən yaxşı idi.
Bu səbəblərdən insanları hakim dairələrdən hesabat tələb
etməyə, xidmət göstərməyən dövlət başçısını qəbul etməməyə,
lazım gəldikdə qəzəb və narazılıqlarını bildirməyə çağırırdı. Üzünü
xalqa tutaraq deyirdi: “Əbləhlərin sizə rəhbərlik etməsindən
qəzəblənmirsiniz, intiqam almırsınız?.. Nəticədə siz xar və məhvə
məhkum olacaqsınız, nəsibiniz bədbəxtlik və ziyan olacaq”.
İmam zülmə, despotizmə nifrət və qəzəbi haqq-ədalətə olan
razılıqla müqayisə edir: “İnsanlar qəzəb və razılıq ətrafında dövrə
vururlar. Hər kəs xoşladığına üz tutur, nifrət bəslədiyindən uzaq
durur”.
Məhz bu səbəblərdən o özündən sonra xəlifəliyi heç kəsə
vəsiyyət etməmişdir. İnsanlar toplaşıb özündən sonra oğlu Həsəni
xəlifə təyin etməsini istədikləri zaman bu təklifi qəbul etməmiş və
onlara ən ali dəyərlərə malik bir rəhbəri səciyyələndirən cümlə ilə
xitab etmişdir. Bu cümlə onun insanların öz seçimlərində azad
olduqlarını ifadə edən son etirafı olmuşdur: “Mən sizə nə əmr
etmirəm, nə də qadağa qoymuram, siz özünüz daha yaxşı bilirsiniz!”
Əli xalqın azadlığına çox yüksək qiymət vermiş, hətta onları
özünə yaxınlaşmaq və ya uzaqlaşmaqda azad buraxmışdır. Əlbəttə,
bu, əksəriyyətin ona beyət etməsindən sonra baş vermişdir. Xəlifəlik
seçimindən sonra bir qrupun ondan uzaqlaşması, əslində, xalqın