Page 265 - Pure Life 13
P. 265

İslamda Siyasət və Idarəetmə  /347

                  Bu üçü informativ silah sayılır.
                   -  Dünya pulları
                   -  Genetik
                    -  Hərbi
                  Bu üçü isə maddi silah sayılır.
                  İnsanların  nəzərində  məlumat  iki  cürdür:  həqiqət  və
               yalan.  Yalan  özü  də  bir  neçə  cür  olur.  Bu  da  insanların
               zehnindən  həqiqətlərin  silinməsi  və  həqiqətə  çata
               bilməmələri üçündür.
                   1.  Dünyagörüşü   ideologiyanın  fikir  əsasını,  dünya  və
                      varlığa  olan  təfəkkür  tərzini  təşkil  edir.   Məsələn,
                      Hindistanda  Qanqa  çayının  sahilində  yaşayan  aşağı
                      təbəqəli  insanların  belə  bir  təfəkkür  tərzi  vardır  ki,
                      onlar sadəcə orta təbəqəli insanların verdikləri sədəqə
                      ilə  yaşamalıdırlar.  Onların  düşüncəsinə  görə,  bu
                      Allahın seçimidir.
                   2.  Gələcəyi  idarə  etmək  düzgün  tarixi  həqiqətlərə
                      əsaslanır, amma konsepsial hakimiyyət, yəni şeytani
                      idarəetmə  üsulu  həqiqətləri  insanlara  unutdurmağa
                      çalışır. İslam dininin  ən  mötəbər  qaynağı Quran  isə
                      tam əksinə, hətta bizim eradan əvvəl baş vermiş tarixi
                      hadisələri  nəql  edərək  insanları  onlardan  ibrət
                      götürməyə çağırır.
                   3.  İdeologiya  dünyagörüşü  ilə  sinonim  sözdür.
                      Konsepsial  hakimiyyətdə  dinlər,  televiziya,  radio,
                      qəzet, internet, mediya və s.ideologiyanın göstəricisi
                      sayılır. Məsələn televiziya yanlış təfəkkürlərin geniş
                      təbliğ  vasitəsidir.  Halbuki,  İslam  dininə  görə
                      günahların  mahiyyəti  haqqında  təfəkkür  etmək
                      qadağandır.  Məsələn,  intihar  kimi  haram  bir  əməli
                      televiziya  elə  romantik  şəkildə  təbliğ  edir  ki,  insan
                      problemlərin  həlli  yolu  kimi  ilk  növbədə  intiharı
                      təsəvvür edir.
   260   261   262   263   264   265   266   267   268   269   270