Page 268 - Pure Life 13
P. 268
344 / ( PURE LİFE, On üçüncü buraxılış, Nəşr ili: Beşinci, 2018 May (1439 h.q. 1397 h.ş.)
Hərtərəfli-maddi-mənəvi, dünyəvi və axirət baxımından
vilayət hakimiyyətinin Allah və onun xüsusi övliyalarına
aid olduğunu isbat etmək üçün Yusif surəsi ayə 40, Maidə
surəsi ayə 42, 43 və 55.
Peyğəmbər və İmamların insanlar üzərində siyasi və
ictimai rəhbər olduqlarını isbat etmək üçün Nisa surəsi
ayə 58 və 59, Maidə surəsi ayə 67.
Bəzi əvvəlki Peyğəmbərlərin, misal üçün həzrət Davud
və həzrət Süleymanın yer üzündə xilafət və hakimiyyət
sahibləri olduğunu isbat etmək üçün Sad surəsi ayə 10 və
26, Nəml surəsi ayə 26 və 27, Nisa surəsi ayə 54.
İnsanlar arasında düşən ixtilafların həll edicisinin İlahi
Peyğəmbərlər olduğunu bildirmək üçün Nisa surəsi ayə
58- 65, Maidə surəsi ayə 42, Ənbiya surəsi ayə 78, Ənam
surəsi ayə 89.
İnsanları toplum şəklində iş görməyə dəvət üçün Şura
surəsi ayə 38, Ali- İmran surəsi ayə 109.
Fəsadla mübarizə, zülmün qarşısını almaq və ədaləti
bərpa etməyin iman əhlinin əsas vəzifələrindən olduğunu
bildirmək üçün Bəqərə surəsi ayə 279, Hud surəsi ayə
113, Nisa surəsi ayə 58, Nəhl surəsi ayə 90, Sad surəsi ayə
28, Həcc surəsi ayə 41.
İlahi dinlərin əsas siyasətinin insanların hüquqlarına
hörmətlə yanaşmaq və insanlara əzəmət verməkdən ibarət
olduğunu anlamaq üçün İsra surəsi ayə 79, Ali- İmran
surəsi ayə 19, Nisa surəsi ayə 32.
Cihada əmr, zalımlar, zülmkarlar və tağutla mübarizə, o
cümlədən müdafiə ilə bağlı imkanların əldə olunmasına
çağırış üçün Bəqərə surəsi ayə 218, Təhrim surəsi ayə 9,
Nisa surəsi ayə 75, Ənfal surəsi ayə 60, Əraf surəsi
ayə 56.