Page 266 - Pure Life 13
P. 266

346  / ( PURE LİFE, On üçüncü buraxılış, Nəşr ili: Beşinci, 2018 May (1439 h.q. 1397 h.ş.)

                  Dinin  üç  sütununa  –  üsulid-din  adlanan  əqidə
               prinsiplərinə,  firuid-din  və  ya  əhkam  adlanan  əməli
               göstərişlər  sahəsinə,  əxlaq  adlanan  və  insanın  ruh  və
               rəftarlarının  islahından  bəhs  edən  psixoloji  prinsiplərə
               diqqət  yetirdikdə  görürük  ki,  İslam  bütün  sahələr  –
               ictimai,  iqtisadi,  hüquqi,  mənəvi,  ideoloji  və  s.  üzrə  bizi
               idarə etmə qanunları ilə təmin edibdir.
                  Məlum  olduğu  üzrə,  bu  dünyada  reallıq  iki  cür  ola
               bilər:  həqiqi  və  məcazi.  Həqiqət  ,  Allah  Təla  tərəfindən
               bizə  özümüzü  və  dünyanı  islah  etmək  üçün  təyin  edilən
               dindir. Məhəmməd  peyğəmbər (s) buyurmuşdur ki, İlahi
               göstər mənə hər bir şeyin həqiqətini olduğu kimi. Burdan
               göründüyü  kimi,  biz  insanlar  daim  həqiqət  axtarışında
               olmalıyıq.
                  Məcazi  reallığa  gəldikdə  isə,  həqiqətin  adekvatı  kimi
               insan  beyninin  məhsulu  olan   nəzəri  və  əməli  qanunlar
               nəzərdə  tutulur.  Hansı  ki,  onların  vasitəsilə  insanları  və
               dünyanı  idar  etmək  istəyirlər.  İnsanların  idarə  edilməsi
               üçün icra olunan qanunlar İlahi və şeytani ola bilər.
                  Rusiya  Federal  Təhlükəsizlik  Xidmətinin  zabitlərinə
               “Dünyanı   idarəetmə  prinsipləri”  mövzusunda  mühazirə
               oxuyarkən      Viktor    Yefimov       konsepsial    (şeytani)
               hakimiyyətin altı idarəetmə prioritetinin olduğunu demiş və
               mühazirə  əsnasında  FSB  zabitlərinə  dünyanın  idarə
               edilməsi  üçün  Qurani  Kərimi  mükəmməl  şəkildə
               öyrənmələrini tövsiyə etmişdir.
                  O,  demişdir  ki,  konsepsial  (şeytani)  hakimiyyətin  altı
               idarəetmə prinsipi bunlardır:
                   -  Dünyagörüşü
                   -  Tarixi (xronoloji)
                   -  İdeoloji
   261   262   263   264   265   266   267   268   269   270   271