Page 267 - Pure Life 13
P. 267
İslamda Siyasət və Idarəetmə /345
İzzət və məqamın Allaha və iman əhlinə məxsus olub,
hər cür əsarət və zillətin onlardan uzaq olduğunu
bildirmək üçün Munafiqun surəsi ayə 8, Məhəmməd
surəsi ayə 35, Hud surəsi ayə 113, Ali- İmran surəsi ayə
145- 149.
Hakimiyyət və səltənətin bəzi saleh və adil, məsələn
Talut və Zülqərneyn kimi hakimlərə aid olduğunu isbat
etmək üçün Bəqərə surəsi ayə 246- 247, Kəhf surəsi ayə
83- 98.
Nəhayət bunu da bilməliyik ki, dövrümüzdə
müsəlmanları çətinliyə salan mühüm məsələlərdən biri də
din və siyasətin bir-birindən ayrı tutulmasıdır.
Cəmiyyətimizdə bu yanlış fikir ilə bağlı problemlərin irəli
gəlməsinə baxmayaraq təəssüf ki, bir çox insanlar din və
siyasətin ayrı olmasının daha doğru olduğunu düşünürlər.
Düşmən tərəf dinin siyasətdən ayrı olduğunu beynimizə
yeridərək bu fikri cəmiyyətimizdə formalaşdırmağa nail
olmuşdur.
Qeyd etməliyəm ki, müsəlmanların bilməməzliyindən
irəli gələrək bu fikirlə razılaşması, zaman-zaman din
düşmənlərinin xeyrinə olub, hökmranlığı ələ keçirərək
müsəlmanlara hegemonluq və zülm etməsinə səbəb olan
ümdə dəlillərdən ən əsasıdır. Necə ki,hal-hazırda dünya və
ölkəmizdə baş verənləri müşahidə etdiyimiz zaman bunun
şahidi oluruq.
Dünyanı idarəetmə Prinsipləri
Bütün bu qeyd etdiklərimizdəm aydın oldu ki, Din İlahi
qanunlar toplusudur. Bu qanunlara riayət etməklə insan
birinci növbədə özünü, ailəsini, cəmiyyəti və sonda bütün
dünyanı nizamlı şəkildə idarə edə bilər.