Page 271 - Pure Life 13
P. 271
İslamda Siyasət və Idarəetmə /341
O Həzrət, yaxşı bilirdi ki, peyğəmbərlərin öz ilahi
missiyasına (təlim-tərbiyə, ədalət, səadət, insanın ucalması
və s.) çatması hökumət qurmadan mümkün deyildir. Buna
əsasən də Peyğəmbər (s) ilk fürsətdə Allahın fərmanı ilə
hökumətin sütunlarını qoydu.
O Həzrət, Məkkə və Mədinəlilərdən ibarət ordu təşkil
etdi. Bu orduda davamlı olaraq hər kəs (qadınlar, uşaqlar
və xəstələri çıxmaq şərti ilə) iştirak etməli idi. Bu sadə və
kiçik ordunun silah, minik və azuqə ilə təmin edilməsinin
bir qismi camaatın, digər qismi isə İslam hökumətinin
öhdəsində idi. Hər nə qədər düşmənlərlə müharibələr
artırdısa, bir o qədər də İslam ordusunun təşkilatçılığı
daha geniş və münəzzəm olurdu.
Zəkat hökmü nazil olduqdan sonra ilk öncə yoxsulların
ehtiyaclarının ödənilməsi və cihad (müharibə) xərclərinin
təmin olunması üçün islami xəzinə (beytül mal) təşkil
olundu. Ardıcıl olaraq şəriət hökümləri nazil olduqca
İslam hökuməti yeni mərhələlərə qədəm qoymağa başladı.
Bu vəziyyət Peyğəmbərin vəfatından sonra ilk
xəlifələrin dövründə, hətta Bəni Abbas və Bəni Üməyyə
xəlifələrinin zamanında da öz əksini tapdı. Amma onlar
Allah Rəsulunun xəlifəsi adından istifadə edərək xalqa
hökmranlıq etdilər. Baxmayaraq ki, onların hökmranlığı
zalımcasına və İslami qanunlar çərçivəsindən kənar idi.
Başqa bir tərəfdən isə Məsum İmamlara (ə) zor tətbiq
olunurdu, məsələn: İlahi hökmlər və ədalət çərçivəsində
hakimiyyət quran İmam Əlinin məsciddə qılıncla
vurulması, İmam Hüseyn qiyamı, İmam Rza (ə)ın
vəliəhdliyi, İmam Kazim (ə)ın zindana atılması,