Page 272 - Pure Life 13
P. 272

340  / ( PURE LİFE, On üçüncü buraxılış, Nəşr ili: Beşinci, 2018 May (1439 h.q. 1397 h.ş.)

                  Quran  ayələrinə  və  İslam  qanunlarına  qısa  bir  nəzər
               saldıqda məlum olur ki, İslam dini elə bir dindir ki, insan
               həyatının müxtəlif (şəxsi-ictimai, maddi-mənəvi, dünya və
               axirət) məqamlarını nəzərdə tutmuşdur. Bu dinin  ibadət,
               insanları  yeganə  Allaha  doğru  dəvət,  onların  əxlaqi
               dəyərləri,  nəfslərinin  təmizləməsinə  dair  əhkamı  olduğu
               kimi,    hakimiyyət,      siyasət,   iqtisadiyyat,    qəzavət,
               beynəlxalq hüquqlar və cəmiyyətin düzgün idarə olunması
               üçün də hökmləri vardır.
                  O  cümlədən  müəyyən  bir  qüvvə  olmadığı  halda  icra
               edilə  bilməyən  hüquq,  qəzavət,  ictimai  əlaqələr,  iqtisadi
               məsələlər  və s. aid hökmlər.
                    Məlum olduğu kimi, Dini hakimiyyət  o hakimiyyətdir
               ki, cəmiyyəti İlahi qanunlar əsasında idarə edib insanların
               kamal və istedadlarının inkişafına, cümlədən insanlar üçün
               sağlam  cəmiyyətə  zəmin  yaradaraq  fəsad  və  ictimai
               əxlaqsızlıqla mübarizə etsin.
                   Qurani- kərim bu barədə buyurur:    َ  ْ             َّ
                             َ
                                                   َ
                        ْ
                                      َ
                                         َ
                                                                َّ َّ
                      ْ
                              َ َ
                                َ َّ
                                                       ْ
                                                                 َ ْ َ

                                        َ
                                            َّ
                َ
                       َ
                                                             ْ

                و فورعملاب اورمأ و ةاکزلا اوتآ و ةلاصلا اوماقأ ضرلا يف مهانکم نإ نیذلا «






                                             َّ
                                                    ْ
                                      ْ
                                                          ْ َ َ
                                                        َ
                                               َ َ ْ
                                        َ

                                 »    روملا ةبقاع هلل و رکنملا نع اوهن




                   Tərcüməsi: O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək
                 (onlara bir yer versək), namaz qılar, zəkat verər, (insanlara)
                   yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan
                  edərlər. Bütün işlərin sonu (nəticəsi) Allaha aiddir. (Allah
                qiyamət günü əməllərinə müvafiq olaraq möminlərə mükafat,
                                kafirlərə isə cəza verəcəkdir).
                  İslam tarixində Peyğəmbərin rəftar və əməllərinə nəzər
               saldıqda isə görürük ki, İslam dini heç vaxt siyasətdən ayrı
               olmamışdır.     Həzrət     Muhəmmədin        (s)   Məkkədən
               Mədinəyə  hicrətindən  sonra  ilk  gördüyü  iş,  İslam
               hökumətini qurmaq olmuşdur.
   267   268   269   270   271   272   273   274   275   276   277