Page 276 - Pure Life 13
P. 276
336 / ( PURE LİFE, On üçüncü buraxılış, Nəşr ili: Beşinci, 2018 May (1439 h.q. 1397 h.ş.)
11. «Öz nəfslərinizlə təqva ilə siyasət aparın və
xəstələrinizi sədəqə verməklə müalicə edin.»
(Ğurərul-hikəm,hədis 5588)
12. «Hökmdar öz ordusu ilə siyasətlə davranmazdan
əvvəl, özü ilə siyasətlə davranmalıdır.» (Ğurərul-
hikəm,hədis 9333)
Bəzən “Nə üçün din siyasət əhatəsinə daxil olmalıdır?”
və yaxud “nə üçün din siyasətə qarışmalıdır?” kimi
suallar insanların zehnində dolaşır. Bu sualı iki variantda:
qısa və geniş şəkildə cavablandırmaq olar.
Öncə Qısa Cavab
Dinin siyasətdən ayrı olması nəzəriyyəsi dinin insan
həyatının müxtəlif mərhələlərindən kənar olmasını
himayət edir. Bu nəzəriyyəyə əsasən, insanlar öz ağıl və
elmi çərçivəsində maarif, siyasət, qəzavət; iqtisadi, ticari,
əxlaqi və ictimai rəftarlarla bağlı qanunları tanımağa
malik və onları sadir etməyə qadirdirlər; odur ki, insanın
öz həyatını idarə etməkdə dinə ehtiyacı yoxdur.
Bu nəzəriyyə orta əsrlərdə və ondan sonra təhrif
olunmuş zəif məsihilik, kilsə rəhbərliyinin daxildən öz
qüdrətini itirməsi, o cümlədən İncil təlimlərindəki elm və
ağıl arasında olan ixtilaf nəticəsində meydana çıxmışdır.
İslam aləmində dinin siyasətdən ayrı olması nəzəriyyəsi
üç dəstə tərəfindən açıqlanmışdır:
1. Xilafəti sultanlığa çevirmək istəyən cinayətkar
hakimlər.
2. Xarici istismarçılar.
3. Xəstə fikirli cərəyan.