Page 275 - Pure Life 13
P. 275

İslamda Siyasət və Idarəetmə  /337

                  Dinin  siyasətdən  ayrı  olmasını  təkid  edən  insanların
               cavabında  bir  sıra    dəlillər  bəyan  olunmuşdur  ki,  biz

               onlardan ikisinə işarə edərək kifayətlənirik:
                    -  İslam  tarixinə,  onun  əsas  kitab  və  mənbələrinə
                      müraciət etmək.
                   -  Peyğəmbər  və  Məsum  İmamların  həyat  və
                      rəftarlarını öyrənmək.
                  Bu  mövzulara  diqqət  etdikdə,  məlum  olur  ki,  din  heç
               bir  halda  siyasətdən  ayrı  deyil,  çünki  dinin  böyük  bir
               hissəsi siyasi və ictimai məsələlərdən ibarətdir.
                   Bu  suala  verilən  ətraflı  cavabda  ilk  növbədə  dinin
               siyasətdən  ayrı  olması,  sonra  isə  dinin  siyasətdən  ayrı
               olmaması nəzərlərini qeyd edəcəyik:
                   Dinin siyasətdən ayrı olması (Secularism) nəzəriyyəsi
               insan həyatının bütün sahələrində dinə yer olmadığını və
               ya dinə etinasızlığı bildirir. Bu nəzəriyyəyə görə,  təbiəti
               tanımaqda  bəşər  öz  elm  və  təcrübəsinə    əsaslanmaqla
               kifayətlənir. Yəni maarif, siyasət, qəzavət, etiqad, ticarət,
               mədəniyyət və həyatında lazım olan hər bir şeyi öz elmi
               və təcrübəsiylə əldə etməyə malikdir.
                  Buna  görə  də,  öz  həyatını  idarə  etmək  üçün  dinə
               ehtiyacı  yoxdur.  Aksfor  maarifi  sekularizmi  belə  tərif
               edur: “Qanun, təlim və tərbiyəyə inam və s. elm əsasında
               olmalıdır, nəinki məzhəb”.
                    Dinin  siyasətdən  ayrı  olması  nəzəriyyəsinin  mənşəyi
               qərb ölkələri olmuşdur.
                    Orta əsrlərdə və ondan sonra bir çox alimlərin səyilə
               bu nəzəriyyə qərb mədəniyyətinə hakim olmuşdur.
   270   271   272   273   274   275   276   277   278   279   280