Page 277 - Pure Life 13
P. 277
İslamda Siyasət və Idarəetmə /335
“Allah quruculuğu” ziyan vurmamaq prinsipi ilə
eyniləşdirilirdi. Qandi ümumi seçki hüququnu tələb
edirdi. O, icma kommunizmini arzulayırdı.
İslamda Siyasət və İdarəetmə
İslam dininin siyasəti necə dəyərləndirdiyini anlamaq
üçün həzrət Əli ibn Əbu Talibin hədislərinə nəzər salmaq
kifayət edər:
1. «Mülkün idarəçiliyi siyasətdir.» (Ğurərul-
hikəm,hədis 17)
2. «Başda oturanların bəlası siyasətdə acizlikdir.»
(Ğurərul-hikəm,hədis 3931)
3. «Gözəl siyasət rəhbərliyin davamiyyətinə səbəb
olar.» (Ğurərul-hikəm,hədis 4820)
4. «Gözəl siyasət xalqın möhkəmliyinin mənşəyidir.»
(Ğurərul-hikəm,hədis 4818)
5. «Yaxşı tədbir görmək və israfçılıqdan çəkinmək
gözəl siyasətdir.» (Ğurərul-hikəm,hədis 4821)
6. «Pis tədbir tökmək viran olmağın səbəbidir.»
(Ğurərul-hikəm,hədis 5571)
7. «Siyasətin meyarı ədalətdir.» (Ğurərul-hikəm,hədis
9714)
8. «Mehribanlıq siyasətin başıdır.» (Ğurərul-
hikəm,hədis 5266)
9. «Dözümlü olmaq siyasətin zinətidir.» (Ğurərul-
hikəm,hədis 772)
10. «Kim öz nəfsi ilə siyasət apararsa, (onun ağası və
rəhbəri olarsa) xalq üzərində də siyasət yürütmək
məqamına çatar.» (Ğurərul-hikəm,hədis 8013)