Page 310 - Pure Life 13
P. 310
302 / PURE LİFE, On üçüncü buraxılış, Nəşr ili: Beşinci, 2018 May (1439 h.q. 1397 h.ş.)
Əyani və virtual təhsil sistemini müqayisə etməkdə
məqsədimiz əyani təhsili virtual təhsillə üz-üzə qoymaq
deyil, sadəcə bu gün gənc və orta yaşlı nəslin
əksəriyyətinin elmi öyrənməyi əsas məqsəd seçməyib,
cəmiyyətdəki öz imicini yüksəltməklə məşğul
olmasının canlı şahidi oluruq.
Cəmiyyətin maarifləndirilməsində məhz virtual
təhsil alan tələbələrin üzərinə böyük məsuliyyət
düşdüyünü düşünürəm.
Əgər bizə universitet tərəfindən göndərilən dərsləri
çap edərək oxuyub həmin dərslərin mövzusunu əhatə
edən suallardan təşkil olunmuş semester imtahanını
uğurla başa vurduqdan sonra həmin material öz
yaxınlarımıza təqdim etsək onların da bu təhsil sistemi
haqqında fikirlərinin dəyişilməsinə səsəb ola bilərik.
Virtual Dini Təhsil Sisteminin Bizdən bir Neçə
Tələbi Var
1. Müəllimlərimizin min bir əziyyətlə hazırladığı və
sayta yüklədiyi dərsləri seçmək. Dərslərin bir neçə
forması olur (video, audio və sənəd format)
2. Həmin dərsin bizə münasib olan variantını yükləmək.
Əgər audio və ya video formatını yükləmişiksə telefon
və ya kompyüterimizdə istənilən vaxt dərsi dinləyə və
ya izləyə bilərik. Sənəd formatında isə biz yazını
mətbəədə çapa verə bilərik ki , bu elə də böyük maddi
vəsait tələb etmir.
3. Əvvəlcədən təyin edilmiş vaxtda vebinarda iştirak
etmək. bu zaman müəllimlə canlı ünsiyyət qurmaq
şansımız olur və müəllimimizə qaranlıq qalan
mətləblər haqqında sual verə bilərik.