Page 314 - Pure Life 13
P. 314

298 / PURE LİFE, On üçüncü buraxılış, Nəşr ili: Beşinci, 2018 May (1439 h.q. 1397 h.ş.)

                      Bu  təhsil  növündə,  şagirdlər  təlim  gördükləri

                      dövrənin  məlumatlarına  və  mətninə  malik  olmaq
                      üçün zaman və məkan məhdudiyyəti ilə üzləşmir.
                      İnternet  (elmi)  təşkilatların  fəaliyyəti  üçün  məntiqi
                      çıxış  yolu  ola  bilər  və  onların  təhsil  və  tədris
                      hədəflərini təmin edə bilər.
                      İnternetdə  virtual  təhsil  sistemindən  həmişə
                      faydalanmaq      olar   və    burada    istifadəçilərin,
                      tələbələrin,    həmçinin      cəmiyyətin       müxtəlif
                      təbəqələrinin     istifadəsi    üçün      məhdudiyyət
                      qoyulmamışdır.
                      Bu     təhsil   sistemindən,     onlayn     dərslərdən
                      faydalanmaq üçün təkcə əsaslı ehtiyac bir (internetlə
                      təchiz edilmiş) kompüterin olmasıdır.
                      Virtual təhsil sistemində şəxs, gecə-gündüz istədiyi
                      hər  vaxt,  yaxud  bütün  həftə  boyu  məlumat  (təhsil)
                      ala bilər.

                   2.  Virtual təhsil sistemində tədris mərkəzinə gediş-gəliş,
                      müəllimlərə,  müşavirlərə  çəkilən  xərclər  azalır  və
                      əlavə  vaxt  itirilməsinin  qarşısı  alınır.  Bu  təhsil
                      növündə,  tədris  dövrələri  (semestrlər,  vebinarlar)
                      daha  kiçik  dövrələrə  ayrıla  və  əvəzində  daha  çox
                      günlər, həftələr istifadə oluna bilər.

                   3.  Virtual  təhsil  sistemində,  klassik  təhsildə  olduğu
                      kimi,  müəllim  və  şagird  arasında  mətləbi  daha
                      yaxşı  anlamaq  üçün  (təkrar)  əlaqə  yaratmaq
                      mümkündür. Bu fərqlə ki, virtual təhsil sistemində
                      sinfin başqa üzvləri bu mövzuya qoşulmağa məcbur
                      deyil, onlar bu bəhsə qoşulmadan, dərslərindən geri
                      qalmayaraq, məlumatları əldə etməyə davam edib,
                      təhsillərində irəliləyə bilərlər.
   309   310   311   312   313   314   315   316   317   318   319