Page 311 - Pure Life 13
P. 311

Dini Virtual Təhsilin Keyfiyyət Dərəcəsinin ölçü Meyarları /301

                  Çünki  əyani  təhsil  sistemində  tələbə  hər  gün  dərsə
               gəlməli,  dəsrdə,  mühazirə  və  seminarda  iştirak  etməlidir.
               Təbii ki, buna zamanla bərabər maddi vəsait də tələb olunur.
                     Amma dini virtual təhsil sistemində tələbəyə yalnız
                  ona  göndərilən  fənnin  mövzularını  oxumaq  və
                  öyrənmək,  vaxtı  əvvəlcədən  təyin  olunmuş  seminarda
                  iştirak  etmək,  imtahanı  online  şəkildə  vermək  tələb
                  olunur.  Əlbəttə  sual  yaranacaq  ki,  bir  təhsil  siteminin
                  ölçü  meyarı  onun  nə  qədər  vaxt  və  nə  qədər  maddi
                  vəasit tələb etməsi ola bilməz.
                     Lakin  mən  düşünürəm  ki,  təhsil  ocağına  getmək
                  üçün  vaxt  və  maddi  vəsaitin  tələb  olunmaması  tələbə
                  üçün üstünlükdür.
                     Təbii  ki,  dərsdən  yararlanmaq  üçün  bizə  müəyyən
                  vəsait lazımdır.
                     Amma  əminəm  ki,  müasir  dövrdə  internet  olmayan
                  və  ya  audio-video  system  olmayan  ev  tapmaq
                  mümkünsüzdür.
                     Dini  virtual  təhsil  mövzusunda  öz  fikirlərimi
                  konkretləşdirərib     yekunlaşdırarkən     bir    məsələyə
                  toxunmağı özümə borc bilirəm.
                     biz bəzən görürük ki, virtual təhsil sistemində təhsil
                  alan tələbə məsunliyyətsizdir.
                     Bunu  səbəbi  haqqında  çox  düşündüm  və  belə
                  qənaətə gəldim ki əslində bir çox tələbə məhz dərs üçün
                  maddi  vəsait  xərcləyirsə  oxuyur  və  həmin  sahıdı
                  mütəxəssis olmağa çalışır.
                     halbuki  dini  virtual  təhsil  sitemi  tələbədn  heç  bir
                  ödəniş yələb etmir.
                     Əfsuslar  olsun  ki,  buradan  belə  nəticəyə  gəlmək  olar
                  ki,  günümüzdə  bir  çox  gənc  əslində  öznün  və
                  cəmiyyətinin  elmli  olması  üçün  deyil,  yaxın  çevrəsinin
                  onun haqqında nə düşünəcəyi ilə məşğuldur.
   306   307   308   309   310   311   312   313   314   315   316