Page 307 - Pure Life 13
P. 307
Dini Virtual Təhsilin Keyfiyyət Dərəcəsinin ölçü Meyarları /305
Adətən belə bir hadisənin şahidi oluruq ki, evində
valideynlərin hər cür şərait yaratdığı şagird və ya tələbə
dərslərində müvəffəq olmur, təbii ki istisnalar var.
Amma istər əyani vəsait, istər dərsin öyrənilməsi
zamanı mühüm hesab edilən amillərdən biri olan düzgün
məkanın seçilməsi və sair kimi imkanları olmayan şagird
və ya tələbə daha qətiyyətlidir.
Çünki o qarşısına məqsəd qoyur ki mən müvəffəq
olacam , mən öz bilik səviyyəmi artıracam. Bir sözlə
desək oxumaq və öyrənmək istəyən şəxs üçün maneələr
onu ruhdan salmır.
Baxmayaraq ki, hər cür vəsait və imkanı olan tələbənin
dərsdən geri qaldığı zaman olur. Mən düşünürəm ki, belə
olan halda şagird arxayınlaşır, amma bir az çətinlik varsa
tələbə irəli getməyə can atır.
Çox bəyənilən bir haldır ki, universitetimiz tələbələrin
təhsil alması üçün yüksək şərait yaradıb, gənclərin,
həmçinin orta və yaşlı nəslin maariflənməsində əlindən 9
gələni əsirgəmir.
Digər universitetlərin dini virtual təhsil sistemində nə
qədər müvəffəq olmasından xəbərsiz olsam da ümid
edirəm ki, növbəti məqalələrdə digər universitetlərin və
virtual təhsil ocaqlarının tələbəyə nə dərəcədə yüksək
şərait yaradılması haaqında məlumat verəcəyik.
Sonda demək istəyirəm ki, dini virtual təhsil sistemi
tələbəni təkcə elm vermək və maarifləndirməklə
kifayətlənmir həmçinin əxlaqi, mənəvi, estetik
tərbiyəsinin inkişafında da müstəsna rol oynayır.
Ümid edirəm ki, gələcəkdə dini virtual təhsil sitemində
təhsil alan tələbələrin sayı artar və artım təkcə sayda deyil
həm də bilikli kadrların, ixtisaslaşmış mütəxəssislərin,
cəmiyyət üçün yararlı olan keyfiyyətli bir təhsil sisteminin
ərsəyə gəlməsi mümkün olar.