Page 305 - Pure Life 13
P. 305
Dinlərin Dialoqu, Məzhəblərin Dostluğu və
Virtual Aləmdəki Fürsətlər
1
Müəllif: Elnur Dadaşov (Azərbaycan)
Alınan Tarix: 01/03/2017 Qəbul Tarixi: 30/07/2017
Məqalənin Xülasəsi
Hamılıqla Allahın ipinə sarılın və prakəndə olmayın. Allahın ne-
mətlərini xatırlayn. Bir-birinizin düşməni olduğunuz vaxt Allah
2
qəlblərinizin arasına ülfət saldı. Həqiqət isə budur ki, başlıca
insan haqları epistemoloji və onoloji baxımdan vicdan və xeyir
məsələsidir. Bu haqlar insanın etik təbiəti ilə əlaqəlidir. Onlar
yazılı qanunlardan, hakimiyyətdən qabaq da mövcud olmuşdur.
Yəni, hüquqlar əşyaların təbiətindən, insanın fitrətindən,
vicdanın səsindən doğmuşdur... Adəmin ə. övladlarının
qissəsində bunu açıq-aşkar görürük. Habil fitrətən dərk etmişdir
ki, həyatda olmaq, yaşamaq onun müqəddəs haqqıdır, buna
müdaxilə isə aşkar günahdır. Bu səbəbə İslam dini ədaləti meyar
götürərək,qeyri islam dininin nümayəndələri və islam
məzhəblərinin ardıcılları ilə dostluq və qardaşlıq münasib-
ətlərinin qurulmasına təşviq etmişdir. Hər bir dövrün tələbləri
olduğu kimi ,müasir dövründə özünə məxsus tələb və ehtiyacları
mövcuddur. Bu ehtiyacları və tələbləri tanımaq və ödəmək hər
bir fərdin çiyninə düşən vəzifələrdəndir. Bu səbəbə İmam Sad-
iq (ə) bizləri yaşadığımız dövrün tələblərini tanımağa səsləyir.
Yəni dövrümüzdən agah olmağa səsləyir, yalnız agahlıq
nəticəsində qarşılaşdığınız müşküllərlə laiqli mübarizə apara
bilərsiniz deyə bir simaric qoyur. Virtual aləm yşadığımız
çağdağ dövrün tələblərindən olan, insan həyatının ayrılmaz bir
hissəsi kimi desək yanılmarıq. Virtual aləm fikir və düşüncələrin,
idioloji məktəb və görüşlərin təlqin vö təbliğ olunduğu bir məkandır.
Bizim boynumuza düşən vəzifə, sadəcə çalışmaqdan ibarətdir.
1. İslam araşdırmaları fakültəsi magistr, Əl-Mustafa Beynəlxalq
Open Universiteti, Qum, İran, elnurrdadasov84@mail.ru
2. Ali İmran-103.