Page 313 - Pure Life 13
P. 313
Dini Virtual Təhsilin Keyfiyyət Dərəcəsinin ölçü Meyarları /299
4. Onlayn dərslərdə iştirak edən şəxslər, qorxu və
xəcalət hissi olmadan, elə bir mühitə daxil olurlar
ki, səhv etdikləri zaman başqalarının hökmü, tənəsi
ilə üzləşmədən yeni-yeni mövzularda özlərini
sınaya bilərlər. Bu imkan, xüsusilə də, şəxsin bir
sıra məharətləri; qərara gəlmək, rəhbərlik etmək
kimi qabiliyyətlərini təcrübə etdiyi zaman daha da
öz əhəmiyyət və dəyərini aşkar edir.
Qorxu və xəcalət hissi olmayan bu mühit, şəxsin
özünə inamını artırıb, yaradıcılıq qabiliyyətini
inkişaf etdirəcəkdir.
Həmçinin bu təhsil sistemində təhsil alan tələbə
vebinarda iştirak edibsə imtahan zamanı çətinlik çəkən
zaman onun iştirakı üstünlük hesab edilir və onun
çətinliyinin aradan qaldırılması üçün şərait yaradılır.
Dini virtual təhsil sistemində bütün dinlər haqqında
məlumat verilir, heç bir dini inanc təhqir edilmir.
Hinduizm, buddizm, zərdüşt, siqh dini, yəhudilik,
xristianlıq və islam dini geniş şəkildə tədqiq edilir.
Tələbə heç bir təzyiqə məruz qalmadan dinlər və
dinlərin tərkib hissəsini təşkil edən məzhəblər və
firqələr haqqında müqayisə apara bilir.
Düşünürəm ki, dini virtual təhsilin ən üstün cəhəti
olaraq elə bunu nümunə gətirmək olar ki, təhsil alan
mövzunu oxuyan zaman sərbəst olaraq oxuğu
mövzu haqqında düşünə bilir və dinlərarası
müqayisəli araşdırma apara bilir.
Dinlərarası araşdırma şübhəsiz ki, dünyanın məşhur və fəal
dinlərini tanıdıqdan sonra, onların ümumi şəkildə
allahşünaslıq, peyğəmbərlik, qüdsi kitablar və Axirət aləmi
haqda düşüncələrini müqayisə etmək, daha doğru dini
tanımağımıza yardım edər. Bu səbəbdən, aşağıda həmin
fundamental mövzular haqda müqayisəli araşdırma aparırıq.