Page 316 - Pure Life 13
P. 316

296 / PURE LİFE, On üçüncü buraxılış, Nəşr ili: Beşinci, 2018 May (1439 h.q. 1397 h.ş.)

               Virtual Təhsil nə Dərəcədə lazımlıdır?!

               Bu  təhsil  forması  cəmiyyətin  tələbləri  ilə  üst-üstə  düşür.
               Burada  ən  diqqətçəkən  məqam  insanların  daha  çox
               imtahansız qəbul olmaq istəyindən irəli gəlir.
                  Adətən  virtual  təhsil  sistemində  tələbə  əsas  təhsil
               haqqında şəhadətnamə və ya ali təhsil ocağını bitirməsini
               təsdiq edən diplom vasitəsilə ali məktəbə qəbul olur.
                  Virtual  təhsil  sisteminin  lazımi  məqamlarına  növbəti
               mərhələlərdə daha çox yer verəcəyik.


               Virtual  Təhsil  Sisteminin  lazımlı  Olması  və
               Faydaları Haqqında
                  1.  Virtual təhsil sisteminin davamlı olması.
                  2.  Onlayn dərslərin artırılma imkanlarının mövcudluğu.
                  3.  Təhsildə  büdcəyə  qənaət  olunması  və  onun  daha
                      məhsuldar olması.
                  4.  Təhsil mühitində heç bir məhdudiyyətin olmaması.

               Virtual təhsil sisteminin davamlı olması
               dedikdə təhsil alanın uzun müddət təhsil prosesində iştirak
               edə bilməsi nəzərdə tutulur.
                  İlkin  bakalavr  pilləsindən  başlayaraq  ən  yüksək  təhsil
               pilləsinə  kimi  mərhələlərlə  keçid  etməsi,  evdə  və  yaxud
               işdə  olmasından  asılı  olmayaraq  internet  imkanlarından
               istifadə edərək universietdə uğur qazana bilir.

               Onlayn        Dərslərin       Artırılma       imkanlarının
               Mövcud Olması
               tələbədə oxumağa, öyrənməyə maraq yaradır.
                  Müəllim  və  professorla  ünsiyyət  qurmağa  daha  çox
               vaxt  ayrıldığı  zaman  təhsil  alan  cavab  tapmağa  çalışdığı
               bütün  məsələləri  araşdırmış  olur  və  növbəti  mövzu
               haqqında bilik əldə etmiş olur.
   311   312   313   314   315   316   317   318   319   320   321