Page 329 - Pure Life 13
P. 329
Virtual Aləmin Dini Təhsil alan Tələbələrin Davranış … /283
Kokain və Internetin beyinə Zərəri eynidir
Mütəxəssislər həddindən artıq internetdə vaxt keçirməyi
asılılıq hesab etdiyindən təsirini kokainlə eyni tuturlar.
Hətta bunun müalicəsi üçün xüsusi mərkəzlər də vardır.
Mütəxəssislərin açıqlamasına görə; uzun müddət
monitor arxasında olmaq insanda həzz duyğusu ilə cəza-
hədiyyə mexanizmini pozur.
Belə ki, ilk əvvəllər 1 saat internetdə keçirilən vaxt
insana böyük həzz verirdisə, sonralar eyni həzzi almaq
üçün daha uzun müddət internetdən istifadə edirlər.
Təəsüf doğuran hal budur ki, internetdə vaxt keçirməyi
hətta 25 saata qədər artıranlar var.
Nəticəsi isə, həmin insan, hansısa narkotik maddədən
asılı olan biri kimi davranır. 24 saat internetdə olmaq,
yemək içmək və digər mühüm ehtiyaclarını internetdən
ayrılmadan qarşılayan insanların beyinləri narkotik
aludəçilərinin beyinləri kimi pozulur.
Beyinin əvvəlki funsiyasını icra etməsi üçün xəstələr
yataq şəraitində müalicə edilirlər. Bu cür asılı insanlar
klaviaturadan uzaqlaşdıqlarında depressiya yaşayırlar.
Əgər yataq rejimində hər hansı xüsusi hal orataya çıxarsa,
artıq dərmanlarla müdaxilə edilir.
Fiziki Zərərlə
Mütəxəssislərin dediyinə görə, mütəmadi ekrana baxan
böyüklərdə və uşaqlarda göz xəstəlikləri ilə yanaşı, digər
narahatçılıqlar da ortaya çıxır. Bu cür uşaqlar daha az
təmiz hava qəbul edirlər və digər uşaqlarla oynayaraq
enerji sərf etmirlər.
Bir amerikan psixoloqun etdiyi araşdırmaya görə,
internetdən çox istifadə edən 500 nəfərdən 80%i
internetdən asılı vəziyyətdədir.