Page 131 - Pure Life 02
P. 131
İBRAHİMİ DİNLƏRDƏ ALLAH/ 239
XII əsrdə Fransanın cənubunda Albi vilayətində Albikenses adlı məsihi
firqəsi yarandı. Onlar kilsənin ədalətsizliyinə və amansız zülmünə etirazla
1
birgə, «İncil» ləri başqa cür təfsir edir, «Üç üqnum əqidəsini» rədd edir və
İsanı (ə) Allahın oğlu saymırdılar. 1208-ci ildən etibarən 20 il ərzində bir
vilayət yerlə yeksan edildi. Papanın xüsusi canişini Arnauld uşaqdan tutmuş
qocaya qədər hamını öldürməyi əmr etdi. Və amansız təftişlər Albikenses
2
firqəsini yer üzündən sildi.
Amma «üç üqnum əqidəsi» ətrafındakı ixtilaf və münaqişələr nəinki
səngimədi, əksinə, daha da gücləndi. Bu hətta orta əsrlərdə də müşahidə
3
olunur.
XVII əsrin birinci yarısı çoxsaylı alimlər və tədqiqatçılar İsanın (ə)
4
«Allahın oğlu» olmasını inkar etdilər.
XVI əsrin sonu, XVII əsrin əvvəllərində Protestant məzhəbinin öz
içində italiyalı xristian alim Sosinus (1549-1604) ki, sonradan onun
fikirləri «Sosinianism» adı altında inkişaf etdi, «üç üqnum əqidəsini»
rədd edərək, onu yunan fəlsəfəsinin qalıqları saydı. Məsihi «Allahın
5
oğlu» yox, adi nümunəvi insan və peyğəmbər adlandırdı.
İspaniyalı S. T. Mixail (1511-1553) 1531-ci ildə «Üç üqnum inancının
səhifələri» adlı kitab yazaraq, bu inanca inamı rüsvay etdi. O belə əqidənin
incildə öz əksini tapmadığını, İsanı«Allahın oğlu» adlandırmağın küfr və
dinsizlik olduğunu yazdı.
6
Lakin M. Lüterin (1483-1546) davamçıları və Kalvin tez bir zamanda
7
onu kafir adlandıraraq, oda atıb diri-diri yandırdılar.
1. «İncillərin mahiyyəti haqda», səh. 127-128
2. Həmin yer, səh. 128-129; «Mədəniyyətlər tarixi», c. 4, səh. 1037
3. Helzi Hal, Levis Vilyam, «Elm fəlsəfəsi və tarixi», səh. 135
4. «Mədəniyyətlər tarixi», c. 7, səh. 220
5. «Protestant ilahiyyatı», 34 səh; K. Braun. «Fəlsəfə və Məsihi əqidəsi», səh. 30; «The
New Encyclopedia Britannica», 15 th editian. (32 vols)
6. Jan Kalvin (1509-1564) «Fransada Reformasiya xadimlərindən biri. 1536-ci ildə Cenevrəyə
köçmüş və burada diktator olmuş (1541), dünyəvi hakimiyyətin kilsəyə tabe edilməsinə nail
olmuşdur. O öz təlimləri ilə burjua sahibkarlığına haqq qazandırmışdır. Barışmaz protestant olan
Kalvin öz hakimiyyəti dövründə bir çox alimləri, o cümlədən də, M. Serveti diri-diri oda ataraq,
yandırmaq əmri vermişdir (1553). («Fəlsəfi terminlər ensiklopediyası», tədqiqatçı qrupu, səh. 213)
7. «Dinlərin ətraflı tarixi», səh. 680-681; «Mədəniyyətlər tarixi», c. 6, səh. 566; «Dünyanın
hazırkı dinləri», səh. 361, Robert Hiyom