Page 194 - Pure Life 03
P. 194

220 /PURE LIFE, Vol.2.No.3, (Dhul ZİLHİCCE 1436, sentyabr 1394. sentyabr 2015)

                  Həqiqi  irfan  o  irfandır  ki,  məşuqa,  varlığın  həqiqi
               mənbəyinə, Allah-taalaya qovuşmaq yolunun yalnız Onun
               razılığını  qazanmaq  və  Onun  əmrlərinə  itaət  etmək
               olduğunu  deyir.  Buna  əsasən,  məşuqa  qovuşmaq  yolunu
               keçmək üçün onun sözlərinə, istəyini başa düşməyə qulaq
               verməlidir  ki,  onun  istədiyi  şəkildə  rəftar  etsin,  Onun
               bəyənmədiyi yoldan çəkinsin.
                  Çünki  məşuqa  qovuşmaq  üçün  onun  iradəsi  və
               istəklərinə  zidd  əməllərin  mənası  yoxdur.  Allah-taala  da
               Özünün xəbərlərini və istəklərini şəffaf, təhrif olunmamış,
               məsum  şəkildə  Özünün  sonuncu  elçisi  vasitəsilə  bəşərin
               ixtiyarında qoymuşdur. Bu zəmində heç bir şəkildə şübhə
               və  dumanlı  bir  nöqtə  yoxdur.  Buna  əsasən  həqiqi  irfan,
               həm  son  hədəfi,  həm  də  bu  hədəfə  nail  olmaq  metodu
               həqiqi və məsum dindən alınan irfandır. Bundan başqa hər
               növ irfan yalançı irfanlar cərgəsində yer alır.


               2-     MÜASİR  İNSANIN  MƏNƏVİYYATA  VƏ
               İRFANA YÖNƏLMƏSİNİN AMİLLƏR
               Əgər müasir zamandakı din və mənəviyatın vəziyyətinə ötəri
               nəzər  salsaq,  öz  fakt  və  ümumi  məlumatlarımızı  gözdən
               keçirsək, müasir insanın nisbətən uzun fasilədən sonra yenidən
               din və mənəviyyata üz tutduğunu təsdiqləyəcəyik. Müasir əsrin
               insanı  arasında  xüsusilə  də  son  zamanlarda  belə  bir  meylin
               varlığının  isbatı  üçün  dəlil  göstərməyə  ehtiyac  yoxdur.
               Dünyanın hər bir guşəsində camaatın mənəvi və dini kitablara
               şiddətli  meyli,  dünyanın  müxtəlif  yerlərində  camaat  arasında
               dini  və  mənəvi  yığıncaqlarda  iştirak  etməyə  həvəs,
               mənəviyyata istəklə, dinə maraqla bağlı söhbətlərin, dialoqların
               hazırlanması bu iddianın açıq-aydın şahidlərindəndir.
                  Misal  olaraq,  Avropada,  Amerikada  islami  və  irfani
               kitabların görünməmiş şəkildə qarşılandığını demək olar.
               Eləcə də Amerika və Hind irfani və mənəvi kitabları İslam
               ölkələrindəki insanları düşündürür.
   189   190   191   192   193   194   195   196   197   198   199