Page 213 - Pure Life 03
P. 213

“LOĞMAN” SURƏSİNDƏ İNSANIN ETİK-MƏNƏVİ DƏYƏRLƏRİ/ 201

                  Bu  surə  nazil  olmaqla  Nəzr  kimilərin  sözlərini  batil
               etmiş  və  Qurani-kərimin  keçmiş  dastanları  nəql  etməkdə
               məqsədinin  insanları  təlim-tərbiyəyə  cəlb  etmək,  onların
               mənəvi  dünyasının  zənginləşdirilməsini  izah  etməyə
               çalışmışıdr.
                  Bəzi  təfsirçilərə  görə  isə,  surənin  nazil  olmasına  əsas
               səbəb  qüreyşlilərin  Peyğəmbərdən  (s)  Loğman  (ə)
               haqqında etdikləri sualdır. (2, c. XXI, səh. 138).
                  Digər  təfsirçilər  isə,  Nəsr  bin  Hərsin  haqqında  nazil
               olmuşdur. (7, c. XI, səh. 169).
                  Bunu Cəfə Sübhani də qeyd etmişdir. (1, səh. 29).


               Surənin əsas hədəfi
               Qeyd  etdiyimiz  kimi,  surə  mənəvi-əxlaqi  məsələlərdən,
               xüsusilə  də  valideyn-övlad  münasibətlərindən  bəhs  edir.
               Burada  daha  çox  diqqət  övladın  necə  böyüdülməsi,  ona
               necə  tərbiyə  verilməsi,  tərbiyə  zamanı  hansı  üsullardan
               istifadə edilməsindən söhbət açılır.
                  Loğmanın  (ə)  öz  oğluna  etdiyi  nəsihətdə  onun  çox
               mötədil  olduğu,  təmsillərdən  istifadə  etdiyi  və  çox
               yumşaq,  başa  düşülən  tərzdə  öz  oğluna  tərbiyə  verdiyini
               görürük.  Həmçinin,  surədə  bütövlükdə  bəyənilmiş  və
               ictimai əxlaqdan da geniş bəhs edilmişdir.
                  Həmçinin,  surədə  bəhs  edilən  əsas  mövzular  Allahın
               işlərinin  hikmətli  olması,  Loğmanın  (ə)  öz  oğluna
               nəsihətləri,  Nəzr  bin  Harisin  boş-boğaz  söhbətləri,
               müşriklərin  işləri,  İslam  dininin  məziyyətləri,  Qurana
               qarşı gələnləri rədd etmək, şeytanın işlərindən xəbərdarlıq,
               Loğmanın  (ə)  qissəsinin  əsas  mahiyyəti  və  s.  haqqında
               söhbət açılıb.
                  Bütün bu xüsusiyyətlərlə yanaşı, Cəfər Sübhani surənin
               əsas  hədəfinin  şirk  və  çoxallahlıqla  mübarizə  olduğunu,
               diqqətin daha çox Allaha və axirət gününə yönəldildiyini
               yazır. (1, səh. 15).
   208   209   210   211   212   213   214   215   216   217   218