Page 212 - Pure Life 03
P. 212

202 /PURE LIFE, Vol.2.No.3, (Dhul ZİLHİCCE 1436, sentyabr 1394. sentyabr 2015)

               Surənin məqsədi
               Surə  insanların  şirki  tərk  edib  İslama  yönəlmələri  və
               insanların mənəvi mədəniyyətlərini zənginləşdirmək üçün
               nazil  olmuşdur.  Çünki  onun  nazil  olduğu  dövrdə  ata-
               analar uşaqlarına təzyiq edir, kölələr ağalarının təzyiqinə
               məruz qalırdılar. Quranın insanları özünə cəlb edən ilahi
               üslubu qarşısında çarəsiz qalan müşriklər müxtəlif yollara
               baş vururdular. Bunlardan biri də yuxarıda qeyd etdiyimiz
               kimi, Nəzr İbn Hərisdir.
                  Surə insanları haqq yoldan sapdıran, həqiqəti boş sözlərlə
               dəyişdirən və Allahın ayələriylə lağ edənlərin vəziyyətlərini
               təhdidedici  bir  üslubla  ortaya  qoyaraq,  onların  axirətdə
               uğrayacaqları  rüsvayedici  əzaba  toxunaraq  bəyan  edir:
               “İnsanlar  içərisində  eləsi  də  vardır  ki,  nadanlığı  üzündən
               (tutduğu  işin  günahını  anlamadan  xalqı)  Allah  yolundan
               (islam dinindən) döndərmək və bu minvalla onu məsxərəyə
               qoymaq üçün mənasız (oyun-oyuncaq) sözləri satın alarlar.
               Məhz belələrini alçaldıcı bir əzab gözləyir.” (8, Loğman, 6).
                  Sözü gedən ayəni izah edən müəllif İslam müxaliflərinin
               Peyğəmbərlə  (s)  mübarizə  aparmaq  üçün  ona  töhmət
               vurmaları,  onun  tərəfdarlarının  incidilməsi,  keçmiş
               əfsanələri  danışmaqla  insanları  Quranın  maarifindən
               uzaqlaşdırılması,  belə  mənfur  əməllərin  dövrümüzdə  də
               davam  etdiyini,  bəzi  əyləncə  vasitələri  ilə  insanların
               əxlaqının  pozulması,  şüurlu  şəkildə  yaradılmış  kazino,  bar
               və digər mərkəzlərin cavanların tərbiyəsini pozmasındakı
               rolunu  və  həmçinin  bəzi  serialların  da  insanların
               mənəviyyatına vurduğu zərbələrdən bəhs etmişdir. (1, səh.
               29-31).
                  Loğmana (ə) hikmətin verilməsi ilə davam edən surə, ilk
               olaraq hikmətin mahiyyətinin nəyi tələb etdiyi: “Həqiqətən,
               Loğmana:  “Allaha  şükür  et!”  (deyə)  hikmət  verdik.  Kim
               (Allahın nemətlərinə) şükür etsə, özü üçün şükür edər.
   207   208   209   210   211   212   213   214   215   216   217