Page 76 - Pure Life 04
P. 76
HƏYA DİNİ VƏ MİLLİ-MƏNƏVİ DƏYƏRİMİZ KİMİ /75
Əbu Səid əl-Xudri belə nəql edir
“Peyğəmbər (s) çadırdakı bakirə qızdan daha çox həya
sahibi idi. Xoşlanmadığı bir şey görmuşsə, biz bunu
üzündən tez anlayardıq.” (3, Ədəb-77).
Bir hədisində isə Peyğəmbərimiz (s) belə buyurmuşdur:
“Hər bir dinin özünə xas bir əxlaqı vardır. İslamın
əxlaqı həyadır.” (14, Zöhd-17).
Başqa bir hədisi-şərifində isə Peyğəmbərimiz (s) belə demişdir:
“Ədəbsizlik və çirkin sözün daxil olduğu hər bir şey
çirkinləşir. Həyanın daxil olduğu hər bor şey isə
gözəlləşir.” (13, Birr-47).
Fəlsəfə mədəniyyətindən də yararlanaraq həya
mövzusunda psixoloji və əxlaqi təhlillər edən Qəzaliyə
(öl.1111) görə uşaqda yetkinliyin ilk əlamətlərindən biri
həya duyğusunun əmələ gəlməsidir. Uşağın xəcalət hiss
edib bəzi əməlləri tərk etməsi onda ağıl işığının
parıldamasının göstəricisidir. Beləliklə uşaq, öz
mühakiməsi ilə bəzi şeyləri çirkin görməyə və onlardan
etməkdən çəkinməyə başlayar. Qəzali bu andan etibarən
uşağın tərbiyəsi ilə maraqlanmanın əhəmiyyətini
müəyyənləşdirərək bu tərbiyəyə yemək və süfrə ədəbindən
başlanmasını tövsiyə edir. (1, səh. 555).
Mavərdi uşaqda gözlənən həyanı, onun təbiətindəki
səmimiyyətdən qaynaqlanması səbəbi ilə böyüklərin yalan
ehtimalı daşıyan həyasından daha dəyərli sayır. (1, səh. 555).
Həya ilə ağıl arasında əlaqə qurma və beləcə həyanı sadəcə
bir duyğu deyil, eyni zamanda bir düşünmə və mühakimə
məhsulu olaraq dəyərləndirmə təmayülü Qəzalidən başqa
alimlərdə də görülür. Bu vəziyyət İslami düşüncədə ağlın
həm bir zehni aydınlanma, həm də əxlaqi aydınlanma
vasitəsi olaraq düşünülməsindən qaynaqlanır. (1, səh. 555).
Azərbaycan xalqının milli-mədəni dəyərləri arasında,
mentalitetində abırlı olmaq, həyalı olmaq, həyanı qorumaq