Page 77 - Pure Life 04
P. 77

(
               76  / PURE LİFE, ikinci nəşr ili, Dördüncü buraxılış, (Camadiüs-sani 1437. İsfənd 1394. Mart. 2016)
               özünəməxsus yer tutur. Hələ qədim zamanlardan azəri türkləri öz
               ismətliliyi, abırlı, həyalı olması ilə tanınmış, həyasına, ismətinə
               xələl gətirməkdənsə, ölməyi üstün tutmuşlar. İstər qadın olsun,
               istərsə də kişi öz həyasını, abrını, ismətini qorumağa çalışmış, bu
               yolda ölümə getməkdən belə çəkinməmişlər.
                  Şifahi    xalq    ədbiyyatında-nağıllarda,     bayatılarda,
               dastanlarda  bu  mövzuya  tez-tez  toxunulmuş,  ən  önəmli
               mövzulardan  birinə  çevrilmişdir.  Bu  haqda  danışarkən,
               Azərbaycan xalqının min üç yüz illik tarixi olan ən qədim
               dastanı “Kitabi Dədə Qorqud” dastanındakı “Qazan xanın
               evinin yağmalanması” boyunda Qazan xanın evini talayıb
               aparan Qıpçaq Məlik, Burla Xatunu “qırx gözəl”in içindən
               tanımaq  üçün,  Qazan  oğlu  Turalı  tikə-tikə  doğradıb,
               qaraciyərindən qara qovurma bişirəcəyi ilə hədələyir.
                  Lakin Tural anasının tanınmaması üçün buna razı olur.
               Ancaq  özünü  yetirən  Qazan  xan  ailəsini  xilas  edir.  Bu
               boyda  Turalın  öz  anasını,  namusunu,  həyasını  qorumaq
               üçün nələrə razı olduğunu oxucu açıq-aşkar görür.
                  Şifahi xalq ədəbiyyatının digər növlərində olduğu kimi,
               atalar  sözlərində  də  həya  haqqında  çox  gözəl  ifadələr
               vardır. Bu ifadələrə misal olaraq aşağıdakı atalar sözlərini
               göstərmək olar:
                  “Həya  imandandır.”  (15,  səh.  128).  “Həyasız  atlını
               atdan  salar.”  (16,  səh.  646).  “Həyalı  qızarar,  həyasız
               ağarar.” (15, səh. 128). “Həya üzdə bir qətrə sudu.” (15,
               səh. 128). “Həyasızda insaf olmaz, insafsızda həya.” (16,
               səh.  129).  “Həyasıza  salam  ver,  keç.”  (15,  səh.  129).
               “Utanmasan  toyda oynamağa nə var ki.” (17, səh. 100).
                  Misal olaraq verdiyimiz atalar sözlərində oxucuda həyanın
               nə demək olduğu, həyalı insanın necə olması, həyasız insanın
               necə  olması  haqqında  fikir  formalaşır,  həyasını  qoruyan,
               həyalı şəxslərə qarşı müsbət fikirlər oyanır. Həyasız insanlara
               qarşı isə, oxucuda ikrah hissi oyanır.
   72   73   74   75   76   77   78   79   80   81   82