Page 78 - Pure Life 04
P. 78

HƏYA DİNİ VƏ MİLLİ-MƏNƏVİ DƏYƏRİMİZ KİMİ  /77

                  Müsəlmanların  heysiyyatını  qorumağın  da  çox  böyük
               savabı  vardır.  İmam  Sadiq  (ə)  buyurur:  “Allahın  yalnız
               insanlar  üçün  müəyyənləşdirdiyi  və  heyvanların  məhrum
               olduğu xüsusiyyət həyadır.”
                  Həya  çox  böyük  dəyərləri  əhatə  edir.  Adətən,  həyadan
               məhrum  insan  heç  bir  əxlaqi  dəyər  tanımır.  Onlar  əhdinə
               əməl etmir, əmanəti sahibinə qaytarmır. Yalan danışır, bütün
               alçaq sifətlərə qucaq açır. İnsanı bir çox əxlaq qüsurlarından
               amanda saxlayan həyadır.
                  İnsanda həya iki yolla yarana bilər: eyibsiz olmaq istəyi
               və eyibləri örtmək arzusu. İnsanın çirkin işindən başqaları
               xəbər  tutur.  Yəni  gizli  eyib  aşkarlanır.  İnsan  xəcalət
               çəkməyə başlayır və narahat olur. İmam Sadiq (ə) buyurur
               ki,  həyanın  faydası  xəcalət  gətirəcək  işlərin  qarşısının
               alınmasıdır. İnsan öz eyibinin açılmasını istəmir və daim
               bu  eyibləri  gizlətməyə  çalışır.  Bu  xüsusiyyət  insanı
               heyvandan  fərqləndirən  əsas  xüsusiyyətdir.  Quranda
               oxuyuruq ki, Adəm və Həvva qadağan olunmuş meyvədən
               yeyən     kimi    eyibləri    açıldı.   Maraqlıdır,     eyibin
               açıqlamasının  səbəbi  yeyilən  meyvənin  xüsusiyyəti  idi,
               yoxsa bu meyvəni yeyən öz eyibindən xəbər tuturdu? Hər
               halda, bu işdə meyvə təsirli olmuşdur.
                  Demək,  eybini  gizli  saxlamaq  insanın  fitri  istəyidir.
               İnsanı  belə  hallarda  narahat  edən  məhz  həya  hissidir.
               Övliyaların  həyası  bütün  bəşəriyyət  üçün  nümunədir.
               Səlman  Farsi  və  bir  çox  başqa  övliyalar  ömrünün
               sonunadək öz ayıb yerinə baxmamışdır.
                  Öz  eyiblərindən  çəkinməyən  insan  bütün  çirkin  işlərə
               gedər. Yalnız eyibsizlik arzusunda olanlar xəcalət çəkir.
                  Nəfsinə  hörmət  edən  insan  hər  cür  nöqsanlardan
               qaçmalı  və  nəfsini  pak  saxlamalıdır.  İnsan  kamil  olmaq
               istədiyi üçün xəcalət çəkə bilər. Əgər kamillik, möminlik,
               insanlıq arzusu yoxdursa, həyadan danışmağa dəyməz.
   73   74   75   76   77   78   79   80   81   82   83