Page 82 - Pure Life 04
P. 82

DİNİN MƏDƏNİYYƏT ÜZƏRİNDƏ TƏSİRİ
                                    (əxlaqi və mədəni)

                                                                 1
                          Müəllif: Səadət Məmmədova (Azərbaycan) ,
                                                            2
                                Dr. Tofiq Əsədov (Azərbaycan)
                         Alınan Tarix: 05/10/2015             Qəbul Tarixi: 28/02/2016

               Məqalənin xülasəsi
               Tarix  boyu  hər  cəmiyyət  öz  zaman  və  məkan  şərtlərinə  görə
               həyat  yaşamışdır.  Yaşadıqları  müddətdə  həyatlarını  maddi  və
               mənəvi baxımdan inkişaf etdirməyə çalışmışlar. Hər cəmiyyət
               təbii olaraq, böyümək, inkişaf etmək və irəliyə getmək istəyər.
               Tarix boyunca bəzi cəmiyyətlərin digərlərinə nisbətən daha çox
               yol  qət  edib,  iz  qoyduqlarını  görmək  olar.  Bir  cəmiyyətin
               inkişaf  edib  mədəniyyət  yaratması  çox  vacib  bir  mərhələdir.
               Heç şübhə yoxdur ki, din sivilizasiyanı zənginləşdirir və daha
               da  gözəlləşdirir.  Əlbəttə  belə  də  deyil  ki,  hər  bir  din  özü  ilə
               bəşərin mədəniyyətinə zidd bir mədəniyyət gətirir. Əksinə hər
               bir din müəyyən dəyərlər yaradır və ya onları açıqlayır. İslam
               dininin  dünya  mədəniyyətindəki  əvəzolunmz  təsirləri  vardır.
               Bu məqalədə elə onun bəzi təsirlərini araşdırırıq.

               Açar sözlər: İslam, sivilizasiya, mədəniyyət, bəşər, hüquq

               Giriş
               Ərəbcə  “mədinə”  sözündən  götürülən  mədəniyyət  kəlməsi
               “şəhərləşmək”, “şəhər həyatını mənimsəmək” deməkdir. Qərb
               dillərində istifadə olunan civilisation kəlməsi, latın dilində ci-
               vitas kəlməsindən yaranan ingiliscə city, fransızca çite (şəhər)
               sözləri ilə və ingiliscə civic (şəhərə aid), civit (kübar) sözləri
               ilə eyni mənaları daşımaqdadır.

               1.  İslam  araşdırmaları  fakültəsi  magistr,  Əl-Mustafa  Beynəlxalq  Open
               Universiteti, Qum, İran, seadetmuhemmedi@gmail.com
               2. Əsas Elmi-heyətinin üzvü/ Əl-Mustafa Beynəlxalq Virtual Universitetinin,
               Qum, iran, tofiq.asadov@inbox.ru
   77   78   79   80   81   82   83   84   85   86   87