Page 83 - Pure Life 04
P. 83
82) / PURE LİFE, ikinci nəşr ili, Dördüncü buraxılış, (Camadiüs-sani 1437. İsfənd 1394. Mart. 2016)
Cəmiyyətdə inkişaf və irəliləmədə dinin çox vacib yeri
vardır. Çünki, din insanları bir-birinə bağlayan ən önəmli
dəyərdir. Bu hiss və inanc həmin cəmiyyəti daha güclü
edər. İbn Xaldun bu barədə belə deyir: “Əgər qəlblər batil
şeylərə və dünyəvi mənfəətlərə yönəlsə, rəqabət başlayar
və anlaşılmazlıqlar artar.
Ancaq haqqa yönələr, batil olan şeyləri, dünyəvi
mənfəətləri rədd edərsə və sadəcə Allahın razılığını hədəf
bilərsə, (haqq ətrafında) birləşərlər, rəqabət aradan gedər,
anlaşılmazlıqlar azalar və bir-biri ilə yardımlaşma və
mübarizənin ən gözəl forması görünər. Beləcə...
hakimiyyət genişlənər və dövlət böyük bir gücə sahib
olar.”
Əbəttə mədəniyyətlər coğrafi və iqlim şəraitinə görə
fərqlənir və bərabər deyildirlər. Mədəniyyətlərin bəzisi,
məsələn cahiliyyət dövründəki qız uşaqlarını diri - diri
basdırmaq adəti, cəmiyyətlərdə bidət və xurafatlar yayıb
və zaman keçdikcə o cəmiyyətin mədəniyyətinə
çevrilmişdir. Təbiidir ki, belə mədəniyyətlər və dinin
arasında heç bir əlaqə yoxdur.
Din o zaman zühur edir ki, özündən əvvəl olan dindəki
sistemin forması fəsada çevrilsin, ya da əxlaqi - ictimai
yoldan çıxma yaransın. Hər halda, din adətən cəmiyyətdə
əsaslı dəyişiklik ya inqilab yaradır ki, mədəniyyətlərin
silkələnməsinə, bəzi ünsürlərin dağılmasına və yeni
dəyərlərə uyğun yeni ünsürlərin yaranmasına səbəb olur.
Heç şübhə yoxdur ki, din sivilizasiyanı zənginləşdirir
və daha da gözəlləşdirir. Əlbəttə belə də deyil ki, hər bir
din özü ilə bir mədəniyyət gətirir. Əksinə hər bir din
müəyyən dəyərlər yaradır və ya onları açıqlayır. Bu
dəyərlər, bir mədəniyyət formasında, bu dəyərlərə uyğun
olmayan qədim mədəniyyəti aradan aparır.