Page 84 - Pure Life 04
P. 84

DİNİN MƏDƏNİYYƏT ÜZƏRİNDƏ TƏSİRİ /83

                  İslamın  zühur  etməsi  və  qız  uşaqlarını  diri-diri  dəfn
               etmək adətini aradan aparması kimi. Bəzi formalar var ki,
               məna cəhətdən dəyərsiz və yeni dəyərlərin əksidir, amma
               yeni  dəyərlərə  əsasən  onda  ruh  üfürüb,  fəsaddan  xaric
               edib. Məsələn, İranda islamdan qabaqkı və ondan sonrakı
               Novruz bayramı kimi.
                  Əslində  yeni  din,  yeni  mədəniyyət  gətirmir.  Əksinə
               yeni  dəyərlər  açıqlanır  və  cəmiyyət  bu  dəyərlər  əsasında
               yeni  mədəniyyəti  yaradır.  Yəni  dinin  əsasında,  yeni
               mədəniyyət  zühur  edəndən  sonra,  artıq  o  din  cəmiyyətin
               mədəniyyətinin bir hissəsi sayılır.
                  Peyğəmbərimizin  (s.a.a)  dönəmindən  indiyə  qədər
               müsəlmanlar  öz  inancları  çərçivəsində  mədəniyyət
               yaratmışlar.  Müsəlmanların  fərqli  zaman  və  fərqli
               məkanlarda  mədəniyyət  yaratmaqlarına  baxmayaraq,  bu
               mədəniyyətlərin təməl qaynaqları eyni olmuşdur.

               İslam və sivilizasiyalar
               İslam mədəniyyətini digər mədəniyyətlərdən fərqləndirən
               təməl  xüsusiyyətlər  vardır.  Hər  şeydən  əvvəl  İslam  dini
               ilhamını  vəhydən  almışdır.  Andre  Miquelin  dediyi  kimi,
               “İlhamını dindən alaraq şəkillənən bir toplumda şübhəsiz
               dinin  təsiri  daha  dərin  və  bu  sosial  həyatda  daha  aydın
               görülməkdədir.”  Müsəlmanların  tarixinə  baxarkən  hər
               sahədə  dinin  təsirini  görmək  mümkündür.  Belə  ki,
               təhsildən  mədəniyyətə,  incəsənətdən  sosial  həyata,
               memarlıqdan  tutmuş  hər  sahəyə  qədər  dini  dəyərlər  hiss
               edilir.
                  İslam dini, inanclılara bəzi vəzifələr müəyyən etmişdir.
               Bu  vəzifələr  fərd  və  cəmiyyətin  xeyri  üçündür.  İslam
               dininin özünə məxsus dünya görüşü və həyat tərzi vardır.
   79   80   81   82   83   84   85   86   87   88   89