Page 85 - Pure Life 04
P. 85

84)  / PURE LİFE, ikinci nəşr ili, Dördüncü buraxılış, (Camadiüs-sani 1437. İsfənd 1394. Mart. 2016)
                  Hər  şeydən  öncə,  İslam  mədəniyyəti  maddə  ilə  məna,
               ruh ilə bədən, dünya ilə axirət, vəhy və ağılla ayrılmaz bir
               bütünlük     təşkil    edir.   Bunlarla     bərabər,     İslam
               mədəniyyətində fərqli irq, rəng, dil, mədəniyyət, coğrafiya
               və.s faktorları ayırıcı ünsürlər hesab edilmir.
                  Çünki, İslam dini insanı  fərqli dində olsa belə, onunla
               insan kimi rəftar etməyi, hörmət etməyi tapşırmışdır. Əli
               ibn  Əbu  Talibin  Malik  Əştərə  göndərdiyi  məktubda  bu
               məsələyə  işarə  edilmişdir:  “Sənin  üçün  ən  yaxşı  xəzinə
               xeyir  əməllərin  xəzinəsi  olmalıdır.  Bəs  öz  nəfsinə  qalib
               gəl.  Nəfsinə  rəva  görmədiyin  məsələdə  xəsislik  et  ki,
               nəfsin  istədiyi  şeylərdə  xəsislik  etmək  insafdandır.
               Rəiyyət  ilə  mehribanlıq  etməyi,  onları  sevməyi  və
               lütfkarlığı  özünə  şüar  qərar  ver.  Yırtıcı  bir  heyvan  kimi
               olma ki, onları ovlamağı özünə qənimət biləsən.
                  Çünki,  onlar  iki  qrupdurlar.  Ya  səninlə  eyni  dindən
               olanlardırlar. Ya da,  yaradılışda  səninlə eynidirlər. Onlar
               səhvə yol verəcəklər, bilərəkdən və ya bilmədən yanlışlığa
               düçar     olacaqlar.     Onları     öz     mərhəmətin       və
               mehribanlığından nəsibsiz etmə. Necə ki, Allah Təalanın
               sənə qarşı mehriban və bağışlayan olmasını istəyirsən.”
                  İslam  mədəniyyətində  insan  başda  olmaqla,  canlı  və
               cansız hər varlıq yaradılış statusuna uyğun olaraq öz həyatını
               davam  etdirmək  hüququna  malikdir.  Həmçinin  fərdin  ailə
               həyatı,  qonşularla  münasibəti,  elm  və  təhsil,  iqtisadiyyat,
               sosial,  mədəni,  incəsənət  və.s  sahələrdə  İslamın  tövsiyə
               etdiyi hüquqi və əxlaqi qanunlar mövcuddur.
                  "Tarixdəki  Yüz  Böyük  İnsan"  adlı  kitabıyla  bütün
               dünyada  əks-sədaya  səbəb  olan  Amerikalı  elm  adamı
               professor  Michael  Hart'a  kitabın  ilk  nəşr  olunduğu
               tarixdən  on  il  sonra,  Qahirədə  çağırıldığı  bir  mükafat
               mərasimində,  Əl-Əhram  qəzeti  müxbirinin;  "Kitabınızın
               nəşrindən 10 il keçdi demək olar.
   80   81   82   83   84   85   86   87   88   89   90