Page 86 - Pure Life 04
P. 86
DİNİN MƏDƏNİYYƏT ÜZƏRİNDƏ TƏSİRİ /85
“100 Məşhur Adam” adlı kitabınızda birinci yeri Həzrət
Məhəmmədə ayırmışdınız, hələ də bu fikrinizdə
israrlısınız? " sualına bu cavabı vermişdi:
"Bu məşhurların ilk siyahısıdır. Bu say 200-300 belə
olarsa, Həzrət Məhəmmədin (s) siyahının başındakı yeri
sabitdir. Mən məşhurları araşdırarkən bəzi sabit meyarlar
ortaya qoydum. Bunlardan biri də, məşhurların insanlıq
tarixində buraxdıqları geniş və dərin izlərdir. Mənim,
məşhurların ən məşhuru olaraq Həzrət Məhəmmədi
seçməyim isə, Onun həm peyğəmbərliyi, həm də dini və
dünyəvi səviyyədə fövqəladə şəkildə müvəffəqiyyətli
olmasıdır. Bəşər - əxlaqi, fəlsəfi və hüquqi olaraq
İslamdan daha mükəmməl bir din görməmişdir.
Həzrət Məhəmmədin vəfatından sonra da İslam,
dünyanın şərqində və qərbində yayılmağa davam etdi.
Dünyada hələ bir çox insan ürəkləri və ağılları ilə İslama
yönəlir. Həzrət Məhəmmədin dəvət etdiyi din, 14 əsr
əvvəl mədəniyyətin və mədəniyyət mərkəzlərinin
xaricindəki bir bölgədə doğulmuşdu. Və çətin şərtlər
altında yol aldı. Buna baxmayaraq İslam, dünyanın hər
istiqamətinə yol tapdı. Və inanıram ki Həzrət Məhəmməd
kimi, hər istiqamətiylə mükəmməl bir insan, bir daha
gəlməz. " Professor Dr. Michael Hart.
Bir toplumun mədəniyyət yarada bilməsi üçün bəzi
xüsusiyyətlərə malik olması lazımdır. Bu xüsusiyyətlər
həmçinin, toplumu bir yerə toplayır və onu daha da
gücləndirir. İnsanları bir yerə toplayan, aralarında
qardaşlıq, səmimiyyət və dostluq yaradan ünsürlər
maddiyatdan daha çox, mənəviyyatla əlaqədardır.
Mənəvi ünsürlər mədəniyyətlərin əmələ gəlməsində çox
böyük rol oynayıblar. Şəhid Mütəhərrinin dili ilə desək:
“Şübhə etmək olmaz ki, bir cəmiyyətin inkişafı nəinki
münaqişələrin, dava-dalaşların, ixtilafların, ziddiyyətlərin,