Page 88 - Pure Life 04
P. 88

DİNİN MƏDƏNİYYƏT ÜZƏRİNDƏ TƏSİRİ /87

                  Fərdləri  bir-birinə  bağlayan  ən  mühüm  ünsürlərin
               başında  mənəvi  dəyərlər  gəlməkdədir.  Mənəvi  dəyərlər
               deyərkən  ağlımıza  ilk  olaraq  sosial,  mədəni,  əxlaqi,  dini
               və.s dəyərlər gəlir.
                  Həzrət     Adəmdən      etibarən    göndərilən     dinlərin
               hamısında  əxlaq  çox  önəmli  yer  tutmuşdur.  Bu  əxlaqi
               dəyərləri  bu  gün  dünyadakı  dinlərin  çoxunda  görmək
               mümkündür.  “Əxlaq”  “xülq”  sözünün  cəmidir.  “Xülq”
               insanın  daxili  xüsusiyyətləri,  «xəlq»  isə  zahiri  forma
               deməkdir. İnsanlarda müşahidə olunan hər bir əməl, daxili
               keyfiyyət, hərəkət əxlaq və əxlaqi rəftar adlanır.
                  Əxlaq  universaldır.  Buna  görə  də  hər  millətin,
               cəmiyyətin  və  dinin  bir  əxlaq  anlayışı  vardır.  Buna
               baxmayaraq,  dünyadakı  ilahi  dinlərin  bəzi  ortaq  əxlaqi
               qanunları  vardır.  Məsələn:  doğruluq,  təmizlik,  yaxşılıq
               etmək, böyüklərə hörmət, zərər verməmək, günahsız birini
               öldürməmək, oğurluq, zina və yalançı şahidlik və.s.
                  •   Doğruluq  –  İnsanın  digər  insanlarla  əlaqələrində
               təməl əxlaqi davranışlardan biridir. Eyni zamanda insanın
               kimliyini,  davranışını  ortaya  qoyan  bir  xüsusiyyətdir.
               Doğruluq – yalan, hiylə, ikiüzlülük, riyakarlığın ziddidir.
               Bütün  dinlər  doğruluğa,  dürüstlüyə  çox  böyük  dəyər
               vermişlər.
                  İslam  dini  doğruluğa  çox  dəyər  vermişdir.  Necəki,
               Qurani Kərimdə “Sənə əmr edildiyi kimi, düz (yolda) ol.
               Səninlə  birlikdə  iman  gətirənlər  (tövbə  edib  ardınca
               gedənlər) də düz (yolda) olsunlar.” (Hud - 112), “Ey iman
               gətirənlər!  Allahdan  qorxun  və  doğru  söz  söyləyin!”
               (Əhzab  -  70)  ayələri  Peyğəmbərin  şəxsində  bütün
               möminlərə doğru olmağı əmr etməkdədir.
                  İslam  ancaq  doğru  danışmağı  yox,  həmçinin  rəftar  və
               davranışlarda da doğruluğun mühümlüyünü qəbul edir.
   83   84   85   86   87   88   89   90   91   92   93