Page 89 - Pure Life 04
P. 89

88)  / PURE LİFE, ikinci nəşr ili, Dördüncü buraxılış, (Camadiüs-sani 1437. İsfənd 1394. Mart. 2016)
                  Ey  iman  gətirənlər!  Allahdan  qorxun  və  (imanında,
               sözündə, işində) doğru olanlarla olun! (Tövbə - 119)
                  Xristianlıqda  da  doğruluğa  əhəmiyyət  verilmişdir.
               İncillərdə  doğruluq  bu  cür  ifadə  edilmişdir:    “Ən  kiçik
               işlərdə  etibar  edilə  biləcək  insan,  böyük  işdə  də  etibarlı
               olar.
                  Ən  kiçik  işdə  dürüst  olmayan  adam,  böyük  işdə  də
               dürüst olmaz.” (Luka İncili 16/10) “Həyatdan zövq almaq
               istəyən dilini pislikdən, dodaqlarını yalandan  qorusun... .
               Çünki, Rəbbin nəzəri doğru insanların üzərindədir” (İncil,
               Peterin 1-ci məktubu – 3/ 10 – 12)
                  İslam  və      xristianlıqda  olduğu  kimi  doğruluq
               yəhudiliyində  dəyər  verdiyi  bir  məsələdir.  Bu  məsələ
               Tövratda      bu    cür     ifadə    edilmişdir:     “Oğurluq
               etməyəcəksiniz.  Hiylə  işlətməyəcəksiniz.  Bir-birinizə
               yalan  deməyəcəksiniz.  Mənim  adımdan  yalandan  and
               içməyəcəksiniz...”  (Müqəddəs  kitab,  Levlilər  19/1-12)
               “...Sən  yaxşıların  yolu  ilə  get.  Doğruların  izi  ilə  get.
               Çünki,  ölkədə  yaşayacaq  olanlar  doğrulardır.  Orada
               qalacaq  olanlar  dürüst  adamlardır.”  (Tövrat,  Süleymanın
               sözləri – 3/ 20-21)
                  Budizm      və    Hinduzimdə      də    doğruluq     əxlaqi
               ucalıqlardan biri hesab edilir. Hinduizmdəki karma inancı
               -  insanın  keçmişdə  etdiklərinin  gələcəkdə  qarşılığını
               görəcəyi  inancı  əsasındadır.  Buna  görə  də  doğruluq
               insanın  karma  inancını  müəyyən  edən  ən  vacib  əxlaqi
               qanundur.  “Hər  buddistin  doğru  bir  insan  olması  üçün  5
               şərtə  riayət  etməsi  və  5  qadağadan  qaçması  lazımdır.
               Həmin  qanunlar  bunlardır:  Can  daşıyan  varlıqları
               öldürməmək,  özünə  aid  olmayan  şeyləri  götürməmək,
               başqasının  xanımına  toxunmamaq,  doğru  olmayan  şeyi
               söyləməmək,  sərxoşluğa  səbəb  olan  içkilərdən  istifadə
               etməmək” (Qautama Budda)
   84   85   86   87   88   89   90   91   92   93   94