Page 91 - Pure Life 04
P. 91
90) / PURE LİFE, ikinci nəşr ili, Dördüncü buraxılış, (Camadiüs-sani 1437. İsfənd 1394. Mart. 2016)
Xristianlıqda zahiri təmizlikdən daha çox mənəvi
təmizliyə üstünlük verilmişdir. Necə ki, İncildə daha çox
zahiri təmizliyə üstünlük verənlərə bu cür bənzətmə
verilmişdir: “Siz zahirdən gözəl görünən, amma içi cəsəd
sümükləri və hər cür pisliklə dolu olan bəzədilmiş
məzarlara bənzəyirsiniz.
Zahirdən insanlara gözəl görünürsüz, amma daxildə
ikiüzlü və pisliklərlə dolusunuz.” (Matta İncili 23/27,28)
Xristianlıqda pis söz və davranışlar insani maddi
şeylərdən daha çox çirkləndirir. Bu haqda İncildə: “İsa
xalqını yanına çağırıb onlara: “Dinləyin və bunu bilin ki,
ağızdan girən şey insanı çirkləndirmək. İnsanı çirkləndirən
ağızdan çıxandır.” (Matta İncili 15/10,11)
Yəhudilikdə isə həm zahiri, həm mənəvi təmizliyə
önəm verilsə də, daha çox zahiri təmizlik vurğulanır.
Tövratda buyurulur: “Yuyunub təmizlənin, pislik
etdiyinizi gözüm görməsin. Pislik etməkdən çəkinin.
Yaxşılıq etməyi öyrənin.” (Müqəddəs kitab, Yeşeya,
1/16,17) Yəhudilikdə ibadət üçün təmizlik vacibdir. İbadət
edən insanlar əl və ayaqlarını yuyarkən, ibadətə rəhbərlik
edən şəxslər isə bədənlərini tamamilə təmizləməklə
vəzifələndirilmişlər.
Buddizm və Hinduizmdə zahiri təmizlikdən daha çox
mənəvi təmizliyə üstünlük verilmişdir. Hinduizmdə
insanın qəlbinin hər cür pisliklərdən təmizlənməsi əmr
edilir. Bir hindu günəş doğmadan öncə oyanar, tanrını zikr
edər və yuyunar. Beləliklə sabah ibadətindən əvvəl su ilə
təmizlənmiş olar.
İnsanlar üçün maddi təmizliklə bərabər mənəvi
təmizlikdə mühümdür. Qəlbini, ruhunu hər cür
pisliklərdən təmizləmiş insan, həm də zahiri təmizliyinə
də fikir verməlidir. Buna görə də bütün dinlər insanı həm
batini, həm zahiri təmizliyə səsləmişdir.