Page 90 - Pure Life 04
P. 90

DİNİN MƏDƏNİYYƏT ÜZƏRİNDƏ TƏSİRİ /89

                  Konfuizmdə isə doğruluq insanın mükəmməl əxlaqının
               göstəricidir.  Bu  xüsusiyyətə  sahib  olan  insanın  bir  çox
               şeyin öhdəsindən gələcəyinə inanılır.
                  Doğruluq  həm  fərdi,  həm  ictimai  həyatda  müsbət
               nəticələr doğuran əxlaqi xüsusiyyətdir.
                  Doğru  davranışlar  cəmiyyətin  səviyyəsini  qaldırar,
               həyatın  daha  sakit  və  mehriban  olmasına  şərait  yaradar.
               Sırf  bu  səbəbdən  bütün  dinlər  doğruluğu  öz  ardıcıllarına
               tövsiyyə etmişlər.
                  •   Təmizlik      -   bütün     dinlərin    ortaq    əxlaqi
               qaydalarından  biri  sayılır.  Bəşər  tarixində  ortaya  çıxan
               bütün  dinlər  təmizliyə  çox  önəm  vermişlər.  Dinlərdə
               təmizlik deyərkən əsasən 2 şey - zahiri və batini təmizlik
               nəzərdə tutulur. Bəzi dinlər batini təmizliyə daha çox fikir
               verərkən,     bəzi    dinlər    hər    ikisinin    vacibliyini
               vurğulamışlar.
                  İslam dini həm zahiri, həm mənəvi təmizliyə diqqət etmiş və
               bunu ibadətlə əlaqələndirmişdir. Peyğəmbərimizə (s.a.a) gələn
               ilk ayələrdə də təmizlik vurğulanmışdır: “Ey (libasına) bürünüb
               sarınan! Qalx (qövmünü Allahın əzabı ilə) qorxut! Öz Rəbbini
               uca tut! Libasını təmizlə! (Nəfsini günahlardan pak et!) (Əzaba
               səbəb olacaq) pis şeylərdən uzaqlaş! (Müddəsir 1- 5)
                  Zahiri və batini təmizliyə dəyər verən İslam dini, zahiri
               təmizliyi  bir  çox  ibadətlərin  əsas  şərtlərindən  saymışdır:
               dəstəmaz  və  qüsl  kimi.  Həmçinin  bədən,  paltar,  yemək,
               məkan  və  ümumi  yerlərin  təmizliyi  barədə  İslamın
               göstərişləri vardır.
                  Pis davranış, pis fikirlər və duyğular mənəvi çirkinliyi
               ifadə  edir.  İslam  dini  çirkinliklərdən  qorunaraq  mənəvi
               baxımdan  da  təmizlənməyi  əmr  etmişdir.  “Allah
               (günahından)  tövbə  edənləri,  (təmiz  və)  pak  olanları
               sevər!”  (Bəqərə  -  222).  Buna  görə  dua,  ibadət,  tövbə
               insanı mənəvi çirkinliklərdən təmizləyir.
   85   86   87   88   89   90   91   92   93   94   95