Page 115 - Pure Life 07
P. 115
İmam Hüseynin (ə) əxlaqi-mənəvi keyfiyyətləri / 121
İmam (ə) buyurdu: «Səni Allah yolunda azad
etdim.» Sonra isə qula cürbə-cür qiymətli
hədiyyələr verərək onu azad etdi.»
1
v) Şəhidlər rəhbəri Hüseyn (ə) buyurur: «Əgər
kimsə mənə sağ qulağımın yanında təhqiramiz söz
deyə və sol qulağımın kənarına keçib peşman
olduğunu söyləyərək üzr istəyə, mən onu
bağışlayaram. Çünki, Həzrət Əmirəl-möminin Əli (ə)
buyurur: «Allahın Rəsulundan (s) eşitdim: «Üzr
istənildikdə qəbul etməyən kəs, Kövsər hovuzuna gələ
2
bilməyəcək. İstər haqlı olsun, istərsə də haqsız.»
3. Səxavəti
«Və o kəslər ki, Rəbbinin razılığını qazanmaq
üçün (bu yolda bütün əziyyətlərə) səbr edir, (vaxtlı-
vaxtında, lazımınca) namaz qılır, onlara verdiyimiz
ruzidən (yoxsullara, ehtiyacı olanlara) gizli və aşkar
xərcləyir və pisliyin qarşısını yaxşılıq etməklə
3
alırlar (gözəl) axirət yurdu məhz onlarındır.»
İmam Hüseyn (ə) böyük kəramət və səxavət
sahibi idi. O, maddi imkani az olan şəxslərə,
1. Nizamulmülk, «Siyasətnamə», səh. 93; Həzrəmi, «Vəsilətül-
əmal», səh. 183.
2. «İhqaqül-həqq», c. 11, səh. 241; Zərəndi, «Dürərül-müsəttin», səh. 209.
3. Rəd surəsi, ayə 22.