Page 102 - Pure Life 07
P. 102

134  PURE LIFE, Vol.3.No.7, (Safar Al-Muzaffar 1438. Azar 1395. November 2016)
                     /
                    (


                     O, Nəhrəvan döyüşündə qoşunun mühüm hissəsinə
                                                                           1
                  rəhbərlik edərək, son qələbə üçün böyük rol oynadı.
                     b)  Osmanın  özbaşınalıqlarının  əleyhinə  xalq
                  kütləsinin  üsyan  etdiyi  zaman,  onun  evinə  hücum
                  edərək  sorğu  sualsız  öldürmək  istəyənlərin
                  qarşısına  məhz  qardaşı  imam  Həsənlə  (ə)  birgə
                  həzrət  Hüseyn  (ə)  çıxdı.  Və  gözləri  qəzəblə
                  parlayan  silahlı  insanlardan  qorxmayaraq,  böyük
                  cəsarətlə onların Osmanı evində öldürməsinə mane
                  olmağa çalışdı.
                                    2
                     v) Müaviyə ilə bağlanan sülh müqaviləsinə sadiq
                  qalan İmam Hüseyn (ə) eyni halda ona qarşı vüqar
                  və cəsarətlə davranırdı. Keçən bəhslərimizdə ətraflı
                  şəkildə işarə etdiyimiz kimi, o, Müaviyəyə yazdığı
                  məktublarda  «Mən  sənin  bu  ümmətə  hakim
                  olmağından  daha  da  böyük  və  qorxunc  bir  fitnə
                  tanımıram.»-  deyə  yazır,  ona  aşkarcasına  tə`nə
                                                   3
                  vurub, qulaqburması verirdi.
                     q) «Müaviyə məclislərin birində İmam Hüseynlə
                  (ə)  üz-üzə  gəldikdə  dedi:  «Ey  Əbu  Abdullah,  heç
                  bilirsənmi ki, mən əshabımla birlikdə atanın sadiq
                  dostlarını  necə  amansızlıqla  öldürdüm?  Və  sonra
                  isə onları  necə hiyləgərliklə kəfənə büküb,  namaz
                  qılıb  bastırdım?»  (Müaviyə  bu  sözü  İmamı  (ə)
                  qorxutmaq üçün söylədi).



                  1. İbn Səd, «Təbəqatül-Kübra», c. 5, səh. 182.
                  2. Məsudi, «Murucüz-zəhəb», c. 1, səh. 328.
                  3.  «Tərcümətül-İmamil-Hüseyn  (ə)»,  İbn  Əsir,  səh.  198;  Hürr
                  Amili, «Vəsailüş-şiə», c.2, səh. 706; «Tarixi-İbn Əsakir», səh. 203.
   97   98   99   100   101   102   103   104   105   106   107