Page 245 - Pure Life 09
P. 245
Siyasət Elminə bir Baxış/ 225
3. Hər bir cəmiyyət öz nəzərincə, inkişaf və
tərəqqi ardıncadır və siyasətin nəticəsi də
inkişafin müqəddiməsi və cəmiyyətin
təakmülünə zəminə yaratmağı
genişləndirməkdən ibarətdir. Əlbəttə, müxtəlif
cəmiyyətlərdəki inkişaf mədəniyyətlərin
fərqliliyi baxımından müxtəlif mənalar kəsb edir.
İslam siyasətinin praktiki nümunəsi olan imam
Xomeyni siyasətin tərifində həmin məzmunu ifadə
eməklə, aydın, amma başqa ifadələrlə belə
buyurmuşdur:
“Siyasət cəmiyyəti istiqamətləndirmək və yola
yönəltməkdən, cəmiyyətin bütün mənafeyini,
həmçinin, insanlar və cəmiyyətin bütün
xüsusiyyətlərini nəzərə almaqla onları millətin,
fərdlərin məsləhətinə olan istiqamətə
yönləndirməkdən ibarətdir və bu peyğəmbərlərə
xasdır. Başqaları bu siyasəti idarə edə bilməzlər. Bu
1
məsələ yalnız ənbiya və övliyalara məxsusdur.”
İmam Xomeyninin siyasətin tərifi ilə bağlı
söylədiklərinin xüsusiyyəti fərdlərin psixoloji, əqli,
əməli yönləri, həmçinin, cəmiyyətin mədəniyyət,
siyasət və iqtisadiyyatla bağlı olan bütün
xüsusiyyətləri nəzərə alınaraq onların ictimai və
fərdi məsləhət istiqamətinə yönəldilməsinin
siyasətin son hədəfi kimi göstərilməsindən ibarətdir.
1. Ruhullah Xomeyni, “Səhifeye nur”, c.13, səh. 218.