Page 146 - Pure Life 11
P. 146
Sosial Mediya və Ondan İstifadə Əxlaqının Tələbənin Ailə Həyatına Təsirləri /145
3. İnternet virtual bir bankdır: İnternet bankçılığı nəqd
pul çəkmək və yatırtmaq xaricində az qala
haradasa bütün bankçılıq əməliyyatlarını
reallaşdıra bilərsiniz.
4. İnternet virtual bir dövlətdir: Dövlət saytları
üzərindən bir çox rəsmi əməliyyat artıq internet
üzərindən reallaşdırıla bilməkdədir. Məsələn,
qanun pozuntusu cəzası ödəmək, məlumat əldə
etmək, imtahan müraciəti etmək, uşağınızın
qeydlərini öyrənməkv.s.
5. İnternet virtual bir mağazadır: Alver saytları
vasitəsilə ağılınıza gələbiləcək az qala hər cür
əşya və ya vəsait satın ala bilərsiniz.
6. İnternet bir paylaşma vasitəsidir: Öz fərdi
saytınızı (blogunuzu) bir neçə dəqiqədə meydana
gətirə bilər, yazı, şəkil, fayl kimi paylaşmaq
istədiyiniz hər şeyi dünya səviyyəsindən nəşr edə
bilərsiniz. Bunları etmək üçün sayt açmaq şərt
deyil, forumları, ictimai şəbəkələri və ya bunlara
bənzər paylaşma saytlarını da bu məqsədlə
istifadə edə bilərsiniz.
7. İnternet bir əyləncə vasitəsidir: Musiqi , film,
video, karikatura, oyun, tv, radio və.s.
Sosial Medianın Ailədə Mənfi Təsirləri
Internet aləmi virtual bir dünyadır. Bu dünyanın nə hədd-
hüdudu nə də sərhəddi var, sərhədsiz bir dünyadır. Amma
bununla belə danılmaz bir həqiqətdir. İnternet insan
həyatında çox böyük təsirə malikdir, ola bilsin bu təsir
mənfi yaxud müsbət olsun. Çünki bu insanın internetdən
necə istifadə etməsinə bağlıdı. Necə deyiblər: Su çox incə
və zərif bir şeydir amma çox içsən bədənə zərəri var.