Page 144 - Pure Life 11
P. 144
Sosial Mediya və Ondan İstifadə Əxlaqının Tələbənin Ailə Həyatına Təsirləri /143
ən böyük inqilablarından biri olmaqla yanaşı, bir sıra
problemlər də yaradıb: “Təkcə Facebook sosial
şəbəkəsinin 500 milyondan artıq “sakini” var. Elə bil yeni
bir internet dünya, yeni bir internet ölkə yaranıb, insanlar
da bu ölkənin vətəndaşlarına çevrilib. Bu “vətəndaşlar”
bir-birinə qarşı istənilən münasibəti göstərə bilərlər.
Amma bu, real münasibətlərdən fərqli olaraq, bir qədər
hüquqdan kənar münasibətlərdir.
İnsan burada abstrakt olan bir azadlıq mühitinə düşür.
Amma o azadlıq təhlükəli azadlıqdır. Ona görə ki, burda
tənzimləyici mexanizmlər yoxdur. Çünki XXI əsrin
internetinin yeni dəyərləri hələ formalaşmayıb.
Ənənəvi, mental dəyərlərə söykənən ailə
münasibətlərinə sosial şəbəkələrin gəlməsi ailənin
daxilində olan münasibətlərə ləkə gətirir. Baxırsan ki,
qadın sosial şəbəkədə olur, özünün marağında olan
insanları tapır, ər burda öz marağında olan insanları tapır,
qız burda tapır, oğul orda tapır. Ailə məkan kimi qalır,
amma daxilində olan dəyərlərə turşu düşdüyü üçün onları
dağıtmağa başlayır. Ailə daxilində kiçikdən böyüyə,
böyükdən kiçiyə olan münasibətlər istiqamətini dəyişir.
Ailə üzvlərinin hər biri sosial şəbəkələrin subyektlərinə
çevrilir, bununla da ailənin daxilində olan struktur
dağılmağa başlayır. Ailə daha əvvəlki ailə olmur, milli
mənəvi dəyərlərin daşıyıcısı olmaq funksiyasını get-gedə
itirməyə başlayır. Ailədə olan hər bir insan artıq özünü
azad subyekt kimi hiss edir. Bu da, əlbəttə ki, mental
dəyərlərə, ölkənin böyük qanunlarına ziddir.
Ailə institutu yeni bir forma alır. Sosial şəbəkələrin
gələcəkdə cəmiyyətə vəd etdiyi münasibətlər bundan
ibarətdir”. Sosial şəbəkə boşanmaya da səbəb olur. Yaxud
da bu, ailədə münaqişə yaradıb.