Page 147 - Pure Life 11
P. 147
/
(
146 PURE LIFE, Vol.11.No.4, December. 2017 (Rabīʿ Al-Thānī 1439. Azar 1396)
İnternet də özü-özlüyündə çox böyük məlumatlarla
dolu bir mediadır. İstədiyin bir çox şey haqda məlumat
əldə edə bilərsən. Lakin təbiidir ki internetdən bu cür
istifadə edənlər, sui istifadə edənlərə nisbət çox azdır. Bu
isə yeni kəşf yox yeni bir bəla növünə çevrilir. Bir çox
ailələr dağılır, oğul ataya ağ olur, qız anasına qışqırır,
həyat yoldaşı ərindən gizli sosial şəbəkələrdə başqa
oğlanlarla danışır, ər də arvadından geri qalmayıb iş
yerində danışır.
İnternetin Zərərləri
- Çatlaşma
İnternetin insana çox mühüm təsir qoymasının ən mühüm
səbəbi çatdır. Demək olar ki, internetin mənfi təsirlərindən
danışdıqda əsas və ən mühümlərindən biri çatlaşmaqdır.
Təbiidir ki, çatlaşmanı əgər tənqid edir və onun mənfi
təsirlərə malik olduğunu deyiriksə, bu çatlaşmadan mənfi
yolda istifadə edənlər üçündür. Bir çox insanlar var
uzaqda olan dostları, qohumları yaxud ailə üzvləri ilə çat
vasitəsi ilə görüntülü yaxud yazılı surətdə əlaqə
saxlayırlar.
Amma məsələ burasındadır ki, adətən çata daxil
olanların əksəriyyəti yaxşı niyyətli deyil. Xüsusən də
cavan oğlanlar, onlar əsasən çata əyləncə üçün daxil
olurlar. Və təbii ki, bu əyləncə başqa oğlanlarla deyil ova
düşən qızlarla olmalıdır. Amma qızlar oğlanlara nisbətən
çata evlənməyə həyat yoldaşı tapmaq üçün daxil olurlar.
Çatla ehtiyatlı olmaq lazımdır. Çünki kim istəyər
kiminsə ailəsinin dağılmasına səbəbkar olsun. Bunu ona
görə deyirəm ki belə hadisələr az olmayıb. Çatda
kiminləsə danışıb ərini evdə qoyub qaçanlar yaxud əksinə
həyat yoldaşını boşayıb başqası ilə evlənənlər az olmayıb.