Page 148 - Pure Life 11
P. 148

Sosial Mediya və Ondan İstifadə Əxlaqının Tələbənin Ailə Həyatına Təsirləri /147

                  Diqqətli  olaq!  Namus  məsələsi  çox  önəmli  və
               toxunulmaz  bir  şeydir.  Axirətə  qalmayan  və  elə  bu
               dünyada əzabı verilən bir günahdır.
                  Bir cavan razıdır tanımadığı bir qızla saatlara çatlaşsın
               və həyatda ən mühüm dəyərə malik olan vaxtını xərcləsin
               və məlum deyil sonu necə olacaq. Bəzən məlum olur ki,
               əslində qız deyil oğlanla danışırmış ya qızın ailəsi varmış,
               yaxud da hər hansısa  başqa bir səbəb üzündən ayrılırlar.
               Amma  bu  cavan  razı  deyil  ki,  24  saatı  ona  bəxş  edən
               Allaha  bir  neçə  dəqiqəsini  xərcləsin  və  Onun  böyüklüyü
               önündə səcdə etsin.
                  Əlinə  bir  kitab  alıb  yeni  bir  şey  oxusun  və  elmini
               artırsın. Maraqlıdır belə insanlara namaz deyəndə deyirlər
               vaxtım yoxdur, alındıra bilmirəm. Bax bu cürdür insanın
               xasiyyəti.

                   -  Çatlaşmanın iki ailəyə gətirdiyi bəla:
               Qadın,  36  yaş:  "Bir  neçə  ildir  ki,  evliyəm.  Yoldaşım
               axşam  saat  6-da  evə  gəlir,  kompüterin  arxasına  keçir  və
               çatda  söhbətə  başlayır.  Heç  bir  qadınla  ciddi  mənada
               söhbət etmədiyini söyləsə də, çata ayıracaq vaxtı hər gün
               bir az da artırır".
                  Kişi,  40  yaş:  "Həyat  yoldaşıma  marağım  ölüb.  Buna
               görə  bir  ildən  artıqdır  çatda  tanış  olduğum  bir  qadınla
               söhbət  edirəm.  Onunla  bütün  dərdlərimi,  problemlərimi
               rahat müzakirə edirəm. Elədiyimin səhv olduğunu bilsəm
               də, bunun qarşısını ala bilmirəm".
                  Sosial-şəbəkədə çatlaşma  səbəbi  ilə bir  gənc  qadının
               həyatı    faciə  ilə   nəticələndi.  Bu    hadisə   belə   baş
               vermişdir. 20   yaşı   tamam olmuş  bir  qız  ailə      həyatı
               qurur. Bir  müddət  həyat  yoldaşı  ilə  birlikdə  olduqdan
               sonra  ər    ruzi    qazanmaq    üçün    Rusiyaya  gedir.  Artıq
               xanım da 5  aylıq  hamilə  idi.
   143   144   145   146   147   148   149   150   151   152   153