Page 158 - Pure Life 11
P. 158
Sosial Mediya və Ondan İstifadə Əxlaqının Tələbənin Ailə Həyatına Təsirləri /157
Hesab edirəm ki, vəziyyət getdikcə dəyişəcək və
şəbəkələr sosial mövzuların diskussiya yeri olacaq.
Sosial şəbəkələrin ailələrə mənfi təsirinə gəldikdə isə
bu fikirlərlə razı deyiləm. Bu məsələni ümumiləşdirmənin
əleyhinəyəm. Buna fərdi şəkildə yanaşmaq lazımdır. Real
həyatda da ailədə xəyanətlər olur. İnternet olmasa belə,
bunu istəyən insan niyyətini reallaşdırır.
Hesab edirəm ki, sosial şəbəkələr təhlükəsiz, effektiv,
ələçatımlı olmalıdır. Ümumilikdə isə sosial şəbəkələrin
insan həyatında müsbət rolu danılmazdır. Sosial şəbəkələr
ölkənin təbliğatında mühüm rol oynaya bilər. Ona gərə də,
bu inkişafdan kənarda qalmaq məntiqsiz olar. Hər şeydən
artıq istifadə fəsad verdiyi kimi, internetə də aludə olmaq
düzgün deyil. Bu həm də onların səhhəti üçün yolverilməz
haldır .
Sosial şəbəkələr insanın çox vaxtını alr. Biz bura
sərf etdiyimiz vaxtı daha səmərəli keçirə bilərik.
Məsələn, bizə əziz olan insarla ünsiyyətə vaxt ayırmış
ola bilərik, maraqlı bir kitab mütaliə edə bilərik. Bu
zamanı virtual təhsilə də ayıra bilərik, idmanla məşşğul
ola bilərik, çünki idmanın verdiyi sağlamlığı bizə
sosial şəbəkələr verə bilməz. Audiokitabları dinləyə
bilərik internetlə bu da bizim bizim dünyagörüşümüzü
artırmışş olacaq və s.
Araşdırmaların nəticəsi göstərir ki, sosial şəbəkələrin
sayəsində insanlar daha qısanc, daha paxıl, Özlərinə
əminlikləri azalıb. Bundan başa sosial şəbəkələr səbəb
olur ki, insan özü haqqında tez-tez pis fikrə düşməsinə
səbəb olar. Buna bir neçə səbəb ola bilər. Siz status
yazırsız və heç kim onu like etmir , bu da səbəb olur
məyus olmağınıza.