Page 115 - Islamic Studies 01
P. 115
,
114) / İSLAM ARAŞDIRMALARI JURNALI Birinci il, birinci buraxılış, (payız-qış/2022)
1
ilə etibarlıdır .lƏllamə Təbatəbai əmr sahiblərinin də
Peyğəmbər (s) kimi məsumiyyət sifətlərinə malik olduqlarını
sübut etdikdən sonra , əmr sahiblərinin kim olduqları barəsində
belə buyurur: “Yuxarıda etdiyimiz şərhlərdən ortaya belə çıxdı
ki, “sizdən olan ululəmr” ifadəsini hal və əqd əhlindən
meydana gəlmiş bir heyətə şamil etməyin mənası yoxdur.
Çünki nə şəkildə istəyiriksə yozaq, nəticədə bu heyət ictimai
bir təşkilatdır. Əmr sahibləri dedikdə isə məqsəd ancaq,
ümmətin içindən olan müəyyən fərdlər və kəslərdir. Bu kəslər
sözlərində günahsızdırlar və itaət edilmələri zəruridir. Onların
kim olduqlarının bilinməsi üçün də Allah tərəfindən Allahın öz
sözü ilə və ya Peyğəmbərin dili ilə dəqiq şəkildə ifadə
etmələrinə ehtiyac vardır. Bu səbəbdən əmr sahibləri anlayışı,
Əhli- beyt İmamları kanalı ilə nəql edilən və əmr sahiblərinin
2
özlərinin olduğunu açıqlayan rəvayətlərlə müəyyənləşdirilir .
Daha sonra Əllamə Təbatəbai rəvayət bəhsində bu
rəvayətlərdən bəzilərini qeyd edir və biz bunlardan ikisini sizin
nəzərinizə çatdırırıq.ı1-ci rəvayət: Tefsir-ul Burhanda İbn-i
Babeveyhin öz rəvayət zinciri ile Peyğəmbər (s) sahabəsi
Cabir ibn Abdullah Ənsaridən belə nəql olunur: “Ya
əyyuhəlləzinə əmənu ...” ayəsi nazil olan vaxt mən soruşdum
ki , ey Allahın rəsulu, biz Allahı və onun rəsulunu tanıyırıq.
Bəs itaəti sizə itaətlə bir sıraya qoyulan əmr sahibləri kimdir ?
Həzrət buyurdu ki, ey Cabir, onlar mənim canişinlərim,
3
məndən sonra müsəlmanlar üçün məsum imamlardır” .llll ö
2-ci rəvayət : Təfsiril Əyyaşidə Əbu Basir tərəfindən nəql
edilir : “ İmam Baqir (ə) belə buyurur : “Bu ayə ( yəni Allaha
itaət edin... ayəsi) Hz. Əli (ə) haqqında nazil olmuşdur”. Əbu
1. Əllamə Təbatəbai, “ Əl-Mizan təfsiri”, c. 4, səh. 547
2. Burada, səh. 560.
3. Əllamə Təbatəbai, “Əl-Mizan təfsiri”, c. 4, səh. 575