Page 116 - Islamic Studies 01
P. 116

Qurani-Kərimdə Peyğəmbərə (s)... / (115


               basir deyir ki : “Ona dedim ki , insanlar (sünnilər) bizə belə
               deyirlər : “ Elə olsaydı, Allahın Quranda Hz. Əli (ə) ilə Əhli –
               beyti adla zikr etməsinə nə mane olurdu?”. İmam Baqir(ə) dedi
               ki,  belə  deyənlərə  belə  deyin  :  “  Allah,  Peyğəmbərinə  (s)
               namaz  qılmağı  əmr  etdi,  lakin  namazın  üç  və  ya  dörd  rükət
               olacağını  bildirmədi.  Bunu  Peyğəmbərimiz  müsəlmanlara
               təfsir  etdi.  Yenə  Allah  həcc  əmrini  endirdi,  lakin  Kəbənin
               yeddi  dəfə  təvaf  edilməsini  söyləmədi.  Bunu  da  onlara
               Rəsulullah  (s)  təfsir  etdi.  Yenə  Allah,  “Allaha  itaət  edin  ,
               Peyğəmbərə (s) və özünüzdən olan əmr sahiblərinə itaət edin”
               ayəsini  endirdi  .  Ayə  Hz.  Əli  (ə),  Həsən(ə)  və  Hüseyn(ə)
               (Allahın salamı olsun onlara) haqqında endi . Peyğəmbərimiz
               (s)  də  Hz.  Əli  (ə)  haqqında  belə  buyurdu:  “Mən  kimin
               mövlasıyamsa , Əli də onun mövlasıdır”. Yenə Rəsulullah (s)
               buyurdu : “ Sizə Quranı və Əhli-beytimi vəsiyyət edirəm. Mən
               Allahdan  bunların  bir-birindən  ayrılmadan  hovuzun  başında
                                                                                   1
               mənə gətirilməsini istədim. Allah da bu istəyimi qəbul etdi”.
               Araşdırma
                Əlbəttdə,  bizim  məqsədimiz  fəqihlər  tərəfindən  ayələrin
               təfsirini vermək , onları şərh etməkdən ibarət deyil , məqsəd

               fikirləri  əsas  məqamlara  yönəltmək  və  Qurani  –Kərimdə
               vilayət    və     hakimiyyət      məsələlərində      kimləri     təqlid
               edəcəklərimizi bizə göstəriş verildiyini müəyyənləşdirməkdir.
               Yuxarıda və Qurani-Kərimin digər yerlərində gəlmiş ayələr və
               rəvayətlər təqlid edəcəyimiz şəxslərin Peyğəmbər (s) və onun
               Əhli- beyti olan məsum İmamlar (ə) olduğunu bizə bəlli edir.
               Bura  Maidə  surəsinin  55  –ci  və  Əhzab  surəsinin  isə  təthir
               ayəsini  də  əlavə  etmək  olar:  “Sizin  əsil  vəliniz  (sahibiniz)


               1. Burada, səh. 578.
   111   112   113   114   115   116   117   118   119   120   121