Page 134 - Islamic Studies 01
P. 134

Qadınların ictimai mövqeyi quranda / (133


               Qadınlar Allahın əmanətidir
                 Qadınlar Uca Allahın bizə əmanətidir. Buna görə bu əmanəti
               qorumaq və himayə etmək vəzifəsi də kişinin borcudur. Əziz
               Peyğəmbərimiz  (s.  ə.  s)  Vida  Xütbəsində  “Qadınlar  sizə
               Allahın  bir  əmanətidir”  buyuraraq  bizə yüklənən  məsuliyyəti
               bir daha xatırlatmışdır.
                İslamiyyət  ana  olduğuna  görə  qadına  ən  yüksək  və  çox
               möhtərəm  bir  məqam  qazandırmışdır.  Tarixin  fərqli
               dövrlərində zillət və həqarət içində yaşayan qadın layiq olduğu
               ən  yüksək  şərəfi  İslam  dini  gəldikdən  sonra  qazanmışdır.
               İslamiyyət  gəlmədən  əvvəl  qadınların  vəziyyətinə  nəzər
               salarıqsa, görərik ki, istər Ərəbistanda, istərsə də digər başqa
               ölkələrdə qadınların vəziyyəti çox ağır idi. Qadına insan gözü
               ilə  baxılmır,  öz  hüquqlarından  məhrum,  heç  bir  haqqa  sahib
               olmayan  dəyərsiz  bir  əşya  kimi  tanınır,  kişinin  şəhvətinə
               məhkum  bir  əsir,  adi  bir  xidmətçi  kimi  qiymətləndirilir  və
               bütün  günahların  başı  hesab  olunurdu.  İslamiyyətdən  əvvəl
               qadın  o  qədər  dəyərsiz  sayılırdı  ki,  hətta  ölən  ərinin  mülkü
               arasında  bir  miras  əyşası  kimi  bölünürdü.  Qadınla  öncə
               atasının,  evləndikdən  sonra  ərinin,  əri  öldükdən  sonra  da
               oğlunun əsiri kimi rəftar edilirdi. Qız uşaqları vəhşicəsinə diri-
               diri  torpağa  basdırılır,  qız  övladı  olanlar  bunu  özünə  bir
               rəzillik  sayırdı.  İranda  və  Zərdüştlükdə  qadın  o  qədər
               alçaldılmışdı  ki,  hətta  ana  və  bacı  ilə  evlənmək  kimi  iyrənc
               əxlaqsızlığa  icazə  verilmişdi.  Bir  çox  başqa  ölkələrdə  və
               millətlərdə  də  qadın  eyni  haqsızlıqlara  məruz  qalmışdı.  Bir
               sözlə qadın kişinin malı hesab olunur və onun üzərində istədiyi
               ixtiyara sahib idi.
                 Bu gün isə qadın haqları dırnaqarası qorunduğu halda, yenə
               də qadınlar istismar edilməkdə, maşın, sabun, şampun, dərman
               və  s.  kimi  əşyaların  tanıdılmasında  açıq-saçıqlıqla  reklam
   129   130   131   132   133   134   135   136   137   138   139