Page 135 - Islamic Studies 01
P. 135
,
134) / İSLAM ARAŞDIRMALARI JURNALI Birinci il, birinci buraxılış, (payız-qış/2022)
vasitəsi kimi istifadə olunmaqdadırlar. “İslam qadını əzir”
deyərək dinimizə iftira atan Avropa və avropasayağı düşünən
insanlar cavab versin! Bəs bunun harası qadın haqqıdır?! Bəs
bu necə qadın haqqını qormaqdır?!
Qadına ən layiq olduğu yeri və dəyəri yalnız İslam dini
vermişdir. İslam dini qadının cəmiyyətdəki yerini çox gözəl və
layiqli bir şəkildə təyin edib, çirkinliklərdən qurtararaq
aşağılardan yüksəklərə qaldırmışdır. Həzrət Peyğəmbər
“Cənnət anaların ayaqları altındadır” buyuraraq qadına verilən
ən böyük qiyməti və mərtəbəni dilə gətirmişdir. Qadın insanı
dünyaya gətirən və yetişdirən möhtərəm bir varlıqdır. İslamda
qadın ərinin həyat yoldaşı, onun hüzur qaynağı və dayağıdır.
İslam nəzərində qadın şəfqət, mərhəmət, hörmət duyulmalı
olan və nəzakət tələb edən nəcib və təmiz bir varlıqdır.
Peyğəmbərimiz (s. ə. s) qadınların incə, zərif və kübar
varlıqlar olduqlarına işarə edərək onların heç vaxt
incidilməməsini və qırılmamasını şiddətlə tövsiyə etmişdir:
“Sizin ən xeyirliniz qadınlarına qarşı ən yaxşı və nəzakətli
davrananınızdır”. Qadına qarşı kobud davranmaq, əziyyət
etmək, haqqını tapdamaq müsəlmana yaraşmaz.
Qadın vəfanın, fədakarlığın, comərdliyin, qarşılıqsız
əsirgəmək və sevməyin simvoludur. Bugünün qadını sabah bir
1
anadır. Ona görə uca dinimiz qadına və ana sevgisinə xüsusi
bir yer verərək, cənnəti anaların ayaqları altına sərmiş,
vaxtında qılınan namazdan sonra ən gözəl işin anaya yaxşılıq
etmək olduğunu, Allahın rizasını qazanmağın, cənnətə
qovuşmağın ən rahat yolunun anaya xidmətdən və ananı
lazımınca sevməkdən ibarət olduğunu bildirmişdir. İslamiyyət
qadını qorumaq məqsədilə əgər evlidirsə əri, evli deyilsə
atasının ona baxmaq və ehtiyaclarını təmin etmək
məsuliyyətini yükləmişdir.
1. Burada: Rəhmi gəlib qorumaq, saxlamaq, hifz etmək, himayə etmək.