Page 136 - Islamic Studies 01
P. 136

Qadınların ictimai mövqeyi quranda / (135


               İslam inancında qadınlar ilin sadəcə bir günündə sevilib, digər
               zamanlarda  ehmal  ediləcək  varlıqlar  deyil.  Qadın  ilin  hər
               günü,  ömür  boyu  qorunmağa,  sevgiyə,  hörmətə,  himayə
               edilməyə, hədiyyə alınmağa və xidmət göstərilməyə layiq ən
               incə və zərif varlıqdır. Qadınlar və analar baş tacıdır. Dinimiz
               qız  uşaqlarının  gələcəyin  anaları  olmaları  yönündən  onlara
               qarşı davranışlarımız və onların tərbiyələri üzərində ciddi bir
               həssaslıqla  durmuşdur.  Qız  uşaqlarını  böyüdüb  gözəl  şəkildə
               tərbiyə  edənə  cənnət,  həm  də  cənnətdə  ən  gözəl  məqam;
               Peyğəmbərimizə  qonşu  olma  məqamı  vəd  edilmişdir.
               Dinimizin       qadına      verdiyi     yüksək       qiyməti      yenə
               Peyğəmbərimizin  bu  hədisi-şərifi  ilə  daha  aydın  görürük.
               Buyurulur  ki:  “Möminlərin  iman  yönündən  ən  kamilləri
               əxlaqca  ən  gözəl  olanlarıdır.  Sizin  ən  xeyirliniz  qadınlarına
               qarşı  ən  yaxşı  və  nəzakətli  davrananlarınızdır.”  “Qadınlar
               xüsusunda  Allahdan  çəkinin.  Çünki  onlar  sizə  Allahın  bir
               əmanəti  olaraq  verilmişdir.”  “Qadınlar  haqqında  bir-birinizə
               xeyir tövsiyə edin.”
               Uca  Rəbbimiz  Qurani-Kərimdə  buyurur:  “...Onlar  sizin  üçün
                                                               1
               bir libas, siz də onlar üçün bir libassınız...”
               “...    (Kişilərin)  qadınlar  üzərində  (şəriətə)  müvafiq  haqları
               olduğu kimi onların da (kişilər üzərində) haqları vardır. ...”
                                                                                 2
                 Həqiqi  səadətə  şübhəsiz  ki,  ancaq  və  ancaq  Allah  və
               Rəsulunun  əmr  və  tövsiyələrinə  tabe  olmaqla  qovuşmaq
               mümkündür. Analarını, həyat yoldaşlarını  layiqi ilə  sevənlər,
               onları hər gün və hər zaman xatırlayıb, anaların xeyir-dualarını







               1. Əl-Bəqərə surəsi, ayə: 187
               2. Əl-Bəqərə surəsi, ayə: 228
   131   132   133   134   135   136   137   138   139   140   141