Page 140 - Islamic Studies 01
P. 140

Qadınların ictimai mövqeyi quranda / (139


                Təfsirçilər  və  alimlər  yuxarıdakı  ayəni  belə  təfsir  edirlər  ki,
               "ayənin  əsil  mənası  bunu  çatdırır  ki,  insan  başqa
               yaranmışlardan ağıl və təfəkkür baxımından üstündür."
                                                                             1
               5) Ailə həyatında qadınla kişinin eyni hüquqa malik olmaları:
               Qurani-Kərimin  bəyanına  əsasən  qadına  ailə  həyatında
               verilmiş  hüquq  kişinin  xeyri  üçündür.  Baxmayaraq  ki,  bəzi
               məsələlərdə az da olsa fərq nəzərə çarpır. Misal üçün: Nəfəqə
                                                                                     2
               (qadının və uşaqların gündəlik təminatı) kişinin öhdəsindədir
               və ya qadının yaşaması üçün yeri kişi hazırlamalıdır və sair.
               Qurani-Kərim  bu  barədə  buyurur:  "Şəriət  qanunlarına  əsasən
               kişilərin  qadınlar  üzərində  hüquqları  olduğu  kimi,  qadınların
               da kişilərin üzərində hüquqları vardır."
                                                           3
               Təfsirçilərimiz  bu  ayəyə  istinad  edərək  qadınla  kişinin
               hüququnun bir olduğunu bəyan edirlər:
               6)  "Qivam"  sözünün  lüğətdəki  mənası  başçı,  gözətçi  və
               mühafizəkar"dır.
               Bu söz bəzən islah və qorumaq mənalarında da işlədilə bilir.
               Qurani-Kərim        buyurur:     "Kişilər    qadınların     başçısıdır
               (mühafizəkarıdır).”
                                     4
               Bir çox Quran təfsirçiləri "qivam" sözünü başçı və qoruyucu
               kimi mənalandırmışlar. Misal üçün "qivam" bir isimdir ki, öz


               1. İbn Xaldun, Əbdürrəhman, “İbn Xaldun müqəddiməsi”, c. 2, səh. 60.
               2. Nəfəqə - ehtiyacı olanlara göstərilən təmənnasız yardım deməkdir. Sədəqə də
               infaqa aiddir. Şəriətdə ailə başçısının öz ailə üzvləri üçün xərclədiyi pula, eləcə
               də, yardıma ehtiyacı olan şəxslər üçün bunu verməyə borclu olan adamlardan
               alınan məbləğə (alimentə) də nəfəqə deyirlər. Öz həyat yoldaşının nəfəqəsini
               təmin etmək kişinin borcudur. Yetikinlik yaşına çatmamış övladların da
               nəfəqəsini ata verməlidir. Həzrət Mühəmməd Peyğəmbər (s. ə. s) insanın öz
               yaxınlarına (ailə üzvlərinə, valideynə, yaxın qohumlara, qonşulara) etdıyi
               nəfəqənin ən üstün nəfəqə olduğunu bildirmişdir.
               3. Bəqərə surəsi, ayə 228
               4. Fəxri Razi, “Kəbir təfsiri”, c. 10, səh. 88
   135   136   137   138   139   140   141   142   143   144   145