Page 138 - Islamic Studies 01
P. 138

Qadınların ictimai mövqeyi quranda / (137


               nəzərində kişinin ailədə olan başçılığı və hakimiyyəti ona heç
               bir  üstünlük  vermir.  Yəni  kişinin  bu  işi  heç  də  onun  uca
               məqam  sahibi  olmasını  çatdırmır.  Yuxarıda  qeyd  etdiyimiz
               ayədən də kimsə üstünlük və hakimlik başa düşürsə, məlumdur
               ki,  ayədə  olan  "qivam"  kəlməsini  düzgün  təfsir  edə  və
               mənalandıra  bilməmişdir.  Mövzunun  əsli  mətləblərini
               araşdırmazdan öncə, (qəvvamiyyət sözünün mənasına) qadının
               İslam  dinində  hansı  məqam  və  şəxsiyyətə  malik  olmasını
               araşdırmağı vacib bildik.
               1) Qadın evin əsas təməli kimi:
                 Məlumdur  ki, qadın  ailənin  əsasını  təşkil  edən  iki  nəfərdən
               biri olmaqla yanaşı dünya ictimaiyyətinin də (demək olar ki,)
               yarıdan  çoxunu  təşkil  edən  bir  varlıqdır.  Əgər  tarixin
               səhifələrinə  baxsaq  qadına  qarşı  bir  çox  amansız
               məhkəmələrin şahidi olarıq. Yəni tarix boyunca qadın ictimai
               səhnələrdən təcrid edilmiş və bir sıra məhrumiyyətlərə məruz
               qalmışdır.  Düzdür  ki,  bəzi  vaxtlar  müxtəlif  ölkələrdə  və  ya
               tayfalarda  qadına  azadlıq  verilmişdir.  Amma  onların  zəif
               məxluq  olduqları  üçün  daim  zülmə  məruz  qalmaları  inkar
               olunmazdır.  Məsələn:  Qadınların  cahil  ərəb  tayfalarında  qul
               kimi  işlədilməsi,  qız  uşaqlarının  diri-  diri  basdırılması,
               öldürülməsi,  bazarlarda  satılması  və  sair  kimi  misallar
               göstərmək  olar.   Bütün  bu  saydıqlarımız  qadının  tarix
                                  1
               səhifələrində  olan  acı  xatirələridir.  Həmçinin  qadınlara  qarşı
               olan radikal fikirli kişiləri və ailədə qolunun gücündən istifadə
               edən  ailə  başçılarını  bu  gün  də  ictimai  səhnələrdə  müşahidə
               edirik.
                 Sadəcə bu bir neçə misalı burada qeyd etməklə İslam dininin
               qadına qarşı olan hüsnü- rəğbətini açıqlamaq istəyirik.


               1. Quranda Pəjuheşlər, səh. 25-26, yay. Bahar, 1380
   133   134   135   136   137   138   139   140   141   142   143