Page 139 - Islamic Studies 01
P. 139

,
               138) / İSLAM ARAŞDIRMALARI JURNALI  Birinci il, birinci buraxılış, (payız-qış/2022)
               2)  Ərəb  yarımadasında  İslam  günəşinin  doğması  İslam
               dünyasında qadının qədir- qiymətini bəyan etdi.
               Böyük  İslam  dininin,  Peyğəmbər  sünnətinin  və  Əhli-  beytin
               təlimlərində qadın öz məqamını, həmçinin ictimai şəxsiyyətini
               tapdı.  Mərhum  Ayətullah  Xomeyni  bu  barədə  deyir:  "İslam
               dini  kişinin  və  qadının  inkişafı  üçün  çalışır.  İslam  dini
               gəldikdən  sonra  qadına  nə  qədər  xidmət  etdiyini  Allah  bilir.

               İslam dini təlimlərində qadına verilən hüquq və xidmət kişiyə
               olunmayıb."  İslam dini qadınları kişilərin müqabilində bərabər
                             1
               qərar  verməklə  onların  hüququnu  ucaltdı.  Amma  bir  sıra
               əhkam məsələləri vardır ki, onların bəzisi kişilərə və bəzisi də
               qadınlara  aiddir.  Bu  o  demək  deyil  ki,  İslam  dini  qadınla
               kişinin arasında fərq qoyur.
                                              2
               3) Birlikdə yaradılış:
               Qurani-Kərimin bəyanına əsasən, qadın və kişi insan olaraq iki
               dəstəyə  ayrılsalar  da,  onların  insanlıqda  və  fəzilətdə  heç  bir
               fərqləri yoxdur. Qurani- Kərim bu barədə buyurur:
                “Allah  sizi  tək  bir  nəfərdən  yaratdı.  Sonra  onun  özündə
               həmtayını yaratdı...”
                                      3
               4) Eyni zamanda qadınla kişinin ağıl və dərrakə baxımından da
               heç bir fərqləri yoxdur:
               “  Sizi  tək  bir  candan  xəlq  edən,  ünsiyyət  bağlayıb  rahatlıq
               tapsın deyə ondan onun zövcəsini yaradan Odur...”
                                                                        4
               "De! O elə bir kəsdir ki, sizi yaradıb və sizə göz, qulaq və qəlb
               verib.”
                       5






               1. Nur səhifəsi, c. 3, səh. 82
               2. Nur səhifəsi, c. 3, səh. 82
               3. Zümər surəsi, ayə 6
               4. Əraf surəsi, ayə189
               5. Əl-Mülk surəsi, ayə 23
   134   135   136   137   138   139   140   141   142   143   144